Ölkə səviyyəsində monitorinq isə rayon (şəhər) səviyyəsində monitorinqlərin daha geniş forması olub müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhsili idarəetmə orqanlarının, təhsil müəssisələrinin fəaliyyətinin, təhsilin bu və ya digər qlobal problemlərinin müəyyən edilməsi məqsədilə aparılır.
Təhsil müəssisələrində pedaqoji monitorinqin əsasən aşağıdakı növlərindən isifadə olunur:
Didaktik monitorinq – müxtəlif aspektlər üzrə təlim/tədris prosesini, təhsilalanın əldə etdiyi bilik, bacarıq və vərdişlərin keyfiyyət və inkişaf səviyyəsini izləyir. Müəllim əldə olunmuş informasiya əsasında təhsilalanla əks-əlaqə yaradır, rəhbərlik isə hədəflərə uyğun irəliləyişin təmin olunması üçün müəyyən işləri həyata keçirir.
Dostları ilə paylaş: |