Ümumtəhsil məKTƏBLƏrində TƏhsilin keyfiyyətinin yüKSƏldilməsində pedaqoji monitorinq və qiyməTLƏndirməLƏrin rolu



Yüklə 112 Kb.
səhifə7/12
tarix10.01.2022
ölçüsü112 Kb.
#110574
1   2   3   4   5   6   7   8   9   ...   12
Tərbiyəvi monitorinq – məqsədlərə uyğun olaraq müxtəlif as­pekt­lər üzrə tərbiyə prosesini, təh­sil­alanın və onların kollekti­vi­nin in­ki­şaf səviyyəsini və s. iz­lə­yir. Toplanan məlumatlar təhlil edi­lir, nəticə ilə bağlı müəy­yən təkliflər hazırlanır və müvafiq əmə­li təd­birlər hə­ya­ta keçirilir.

Psixoloji-pedaqoji monitorinq – təhsilalanın psixoloji du­ru­mu­nu və fərdi inkişafını izləyir, onla­rın normal fəaliyyətini təmin et­mək məqsədi ilə rəhbərliyə zəruri informasiya verir.

Tibbi monitorinq – təhsil müəssisəsinin tibbi personalı (işçiləri) ilə bir­lik­də təhsilalanların sağ­lamlıq dinamikasını izləyir, vəziyyətlə bağlı rəhbər­lik qarşısında vəsatət qaldırır.

Göründüyü kimi, pedaqoji monitorinqlər za­manı təhsil müəs­si­sə­si­nin, di­dak­tik sistemin, vali­deyn­lərin və təh­sili ida­rəet­mə or­qan­­la­rı­nın fəa­liy­yə­tinin bütün tərəfləri haq­qında şəf­faf şə­kildə top­la­n­an zəruri mə­lu­mat­ların obyektiv təhlili nəticə­sin­də onların fəaliy­yə­ti ba­­rədə lazı­mi in­for­ma­si­ya əl­də olu­nur, təh­silalanın təh­sil, tərbiyə, psixoloji durumu və sağlamlıq sə­viy­yəsi müəyyənləşdirilir və nə­ticələ­ri­nə uyğun olaraq onun mü­vəf­fəqiyyət qa­zan­ması üçün. fi­kir yü­­rüdü­lür – proq­noz­lar veri­lir, mü­vafiq qə­rar qə­bul edi­lir və yerlərə yayılır.



Mə­lumatların təhlili əsa­sın­da müəyyən müha­ki­mə­lə­rin apa­rıl­ma­sı, fikir yürüdülməsi və qərarın verilməsi qiy­mət­lən­dirmə adlanır.

Mü­əllimin pedaqoji fə­a­­liy­yə­ti­­nin əsa­sını təş­­­kil edən qiy­­­mət­­lən­­dirmə və təhsilalanın kon­kret fənn üzrə fəaliyyət (bacarıq) və na­i­liy­yət­ səviyyəsi­nin öl­­çül­mə­si ilə məh­­­dud­laş­mayıb ona fəaliy­yə­ti­ni tən­­qi­di qiy­mət­lən­­­dir­­mək­də, səhv­­lə­ri­ni tap­­­maqda və ara­dan qal­dı­­rıl­­ma yol­la­­rını müəy­yən et­mək­də, key­fiy­yə­tli təh­­sil al­maqda və təh­sil səviy­yə­sini yük­səl­t­mə­sin­də istiqamətverici rol oy­­na­­yır. Bu ba­xım­dan qiy­mət­lən­dir­­mə təhsilalanın öy­­rən­mə (bilik, bacarıq, səriştələr əldəetmə) fə­a­liy­­yə­tinin tən­zim­lən­mə­si və təlim prosesinin tək­­­mil­ləş­di­ril­mə­si üçün zə­­ru­ri mə­­­lu­mat­­ların top­lan­ması pro­se­si ki­mi ba­şa düşülür.

Ümumtəhsil sistemində qiymətləndirmənin iki növündən – kəmiyyətkeyfiyyət üzrə qiymət­lən­dirmədən istifadə olu­nur.


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin