Pedaqoji monitorinq – təhsil müəssisəsinin, didaktik sistemin və təhsili idarəetmə orqanının mövcud vəziyyəti və sonrakı mərhələlərdə inkişafı ilə bağlı proqnozların verilməsi üçün onun fəaliyyətinin müəyyən meyarlar üzrə davamlı izlənilməsi, zəruri informasiyanın toplanması, saxlanması, emalı və yayılmasının təşkili formasıdır.
Didaktik sistem dedikdə təhsilalanları və təhsilverənləri, təlimin məzmununu və məqsədlərini, formalarını, üsullarını və vasitələrini özündə ehtiva edən sistem başa düşülür.
Pedaqoji monitorinqlərin aparılması onun təşkilindən – monitorinqin aparılma məqsəd və vəzifələrinin təyin edilməsindən, informasiyanın toplanması və emalı üsullarının və s. seçilməsindən ciddi şəkildə asılıdır. Təhsil müəssisələrində monitorinqlər əsasən dörd səviyyədə – (1) sinif, (2) məktəb, (3) rayon (şəhər) və (4) ölkə səviyyəsində aparılır.
Dostları ilə paylaş: |