Unesco iNKİŞaf göSTƏRİCİLƏRİ ÜÇÜn məDƏNİYYƏt azərbaycan haqqında analitik hesabat



Yüklə 303,41 Kb.
səhifə1/4
tarix26.05.2018
ölçüsü303,41 Kb.
#51606
növüXülasə
  1   2   3   4


Mədəniyyət və Yaradıcılıq

Aİ - Şərq Tərəfdaşlığı Proqramı


UNESCO İNKİŞAF GÖSTƏRİCİLƏRİ ÜÇÜN MƏDƏNİYYƏT


Azərbaycan haqqında analitik hesabat




2





Mədəniyyət və Yaradıcılıq

Aİ - Şərq Tərəfdaşlığı Proqramı



Hesabat Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının dəstəyi ilə tərtib olunub.

Sözügedən hesabatın məzmunu Avropa İttifaqının rəsmi nöqteyi-nəzərini əks etdirmir. Hesabatda əksini tapmış məlumatlara və fikirlərə görə məsuliyyət tamamilə müəllifin üzərinə düşür.

Hesabat 2018-ci ilin yanvarında dərc edilib.


3

Xülasə

Azərbaycan üzrə inkişaf göstəriciləri üçün mədəniyyət Avropa İttifaqı - Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramı tərəfindən həyata keçirilən, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təşəbbüsdür. Təşəbbüs UNESCO-nun dünyanın bir çox ölkəsində müvəffəqiyyətlə tətbiq edilmiş inkişaf göstəriciləri üçün mədəniyyət metodologiyasına əsaslanır. UNESCO-nun İnkişaf Göstəriciləri üçün Mədəniyyət Dəsti yeddi aspektdən ibarətdir.

> İqtisadiyyat. Mədəniyyət və Yaradıcılıq Sahələrinin Azərbaycan üzrə ümumi daxili məhsula qazandırdığı dəyər 1 faizə qədərdir. Beləliklə, birbaşa mədəniyyətlə əlaqədar olan məşğulluq faizi 3,8 % təşkil edir.

> Təhsil. Azərbaycanda orta təhsilin ilk iki ili ərzində təsviri incəsənət, musiqi, ədəbiyyat (milli ədəbiyyat və dünya ədəbiyyatı) dərsləri ümumi dərs saatlarının 13,0 faizini təşkil edir.

> İdarəetmə. Azərbaycan Hökumətinin mədəniyyət sahəsində beynəlxalq konvensiyalara qoşulmaqla əlaqədar cəhdləri beynəlxalq səviyyədə 0,96 balla, milli səviyyədə isə 0,89 balla qiymətləndirilir. Mədəniyyət üçün siyasət və təşkilati struktur 1 baldan 0,95 balla qiymətləndirilir. Mədəniyyət infrastrukturunun paylanma göstəricisi 0.744/1-dir. Mədəniyyətin idarə edilməsində vətəndaş cəmiyyətinin iştirakı 1 baldan 0,81 balla qiymətləndirilir.

> İctimai iştirak. Başqa mədəniyyətlərə qarşı tolerantlıq 60%-dir. İnsanlar arasında etibar səviyyəsi yalnız 15%-dir. Öz müqəddəratını təyinetmə azadlığı üzrə göstərici 6,76/10-dur.

> Cins. Ölkənin qadınların siyasətdə, təhsildə, işçi qüvvəsində təmsil olunması, eləcə də qadın hüquqlarını müdafiə edən qanunverici aktların mövcudluğu ilə əlaqədar boşluqlar baxımından göstəricisi 0,541-dir ki, bu da orta səviyyədən yüksəkdir.

> Kommunikasiya. 2016-cı ilin Mətbuat İndeksi Hesabatına əsasən, Azərbaycanda mətbuat və özünüifadə azadlığı beynəlxalq aləmlə müqayisədə zəif olaraq qalmaqdadır.

> İrs. İrsin dayanıqlılığı üzrə irsin dayanıqlılığının qorunması, mühafizə edilməsi və təbliği ilə əlaqədar müxtəlif göstəriciləri özündə birləşdirən qiymət yüksəkdir: 0.90/1. Ümumi qiymət aşağıdakı alt-indekslərin orta qiymətidir: Qeydiyyat və yazılar – 0.87/1, qoruma, mühafizə və idarəetmə – 0,85/1 və dəstəyin ötürülməsi və səfərbər edilməsi – 1/1.

Milli ekspertlər Cahangir Səlimxanov Fikrət Məmmədov tərəfindən UNESCO-nun İnkişaf Göstəriciləri üçün Mədəniyyət metodologiyası əsasında araşdırma aparılıb və hesabat hazırlanıb, milli ekspert komandasına mədəniyyət statistikası üzrə beynəlxalq ekspert Simon Ellis tərəfindən tövsiyələr verilib.


Mündəricat


XÜLASƏ 2

MÜNDƏRİCAT 4

TANIŞLIQ 5

1. İQTİSADİYYAT ASPEKTİ 9

2. TƏHSİL ASPEKTİ 12

3. İDARƏETMƏ ASPEKTİ 16

4. İCTİMAİ İŞTİRAK ASPEKTİ 21

5. GENDER BƏRABƏRLİYİ ASPEKTİ 24

6. KOMMUNİKASİYA ASPEKTİ 27

7. İRS ASPEKTİ 31




4



5

Giriş

Bu hissədə Azərbaycan Respublikasında mədəniyyətin idarə edilməsinin ümumi məzmunu əhatə olunub və mədəniyyət tədbirlərinin idarə edilməsi ilə əlaqədar dövlət strukturu təsvir edilib.



  1. Ümumi müddəalar və məzmun

Azərbaycan Respublikası Cənubi Qafqazda, Cənub-qərbi Asiya ilə Cənub-şərqi Avropanın kəsişməsində yerləşən ölkədir. O, 30 avqust 1991-ci il tarixində, SSRİ-nin süqutundan cəmi bir neçə ay əvvəl müstəqil dövlət statusunu qazanıb. Ölkə şərqdə Xəzər dənizi, şimalda Rusiya, şimal-qərbdə Gürcüstan, qərbdə Ermənistan və cənubda İranla həmsərhəddir.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası şimalda və şərqdə Ermənistan, cənubda və qərbdə İranla həmsərhəddir və şimal-qərbdə Türkiyə ilə sərhədinin uzunluğu 11 km-dir.

Azərbaycanın Dağlıq Qarabağ regionu Sovet dövründə Muxtar Respublika adlandırılırdı və Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın Dağlıq Qarabağa daxil olmayan 7 qonşu rayonu ilə birlikdə Ermənistan Respublikası tərəfindən işğal edilib.

Azərbaycan unitar Prezident Respublikasıdır. Ölkə Avropa Şurasının, ATƏT-in və NATO-nun "Sülh naminə Tərəfdaşlıq" Proqramının üzvüdür. O, altı müstəqil Türk dövlətindən biri, Türk Şurasının fəal üzvüdür. Azərbaycan 158 ölkə ilə diplomatik əlaqələrə malikdir və 38 beynəlxalq təşkilatın üzvüdür. O, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova regional təşkilatının, Müstəqil Dövlətlər Birliyinin təsisçi üzvlərindən biridir.

Azərbaycanın konstitusiyasında rəsmi din bəyan edilmir və ölkədəki bütün əsas siyasi qüvvələr sekulyardır. Ancaq əhalinin çox hissəsi Müsəlman Şiə məzhəbindəndir. Bununla belə, azərbaycanlıların çoxu heç bir dinə fəal şəkildə bağlı deyil, 2008-2009-cu illərdə (2009) Pyu Tədqiqat Mərkəzi və Qellop İnstitutu tərəfindən keçirilmiş ictimai rəy sorğularına əsasən onların 53 faizi dinin həyatlarında az əhəmiyyət kəsb etdiyini və ya əhəmiyyət kəsb etmədiyini bildirib.1

Davos Dünya İqtisadi Forumunun 2017-2018-ci il Qlobal Rəqabətlilik Hesabatına görə Azərbaycan iqtisadiyyatı 137 ölkə arasında 35-ci yerdə olub və bu göstərici regionda ən yüksək göstəricidir.2

Azərbaycan inzibati olaraq 10 iqtisadi rayona; 66 inzibati rayona və 12-si birbaşa respublika tərəfindən idarə edilən 77 şəhərə bölünüb. Naxçıvan Muxtar Respublikası da Azərbaycana daxildir. Bütün bu regional vahidlərin rəhbərlərini


Azərbaycan Respublikasının prezidenti təyin edir, Naxçıvan Muxtar Respublikasının başçısı isə seçilərək Muxtar Respublikanın parlamenti tərəfindən təsdiq edilir.

Əhalinin 2016-cı ildə siyahıya alınmasının nəticələrinə görə, 53,1 faizi şəhər, qalan 46,9 faizi isə kənd əhalisi olmaqla ölkənin əhalisi 9,705,600 nəfərdir. Əhalinin 50,2 faizini qadınlar təşkil edir. Ümumi əhali üzrə cins nisbətinə görə 2016-cı ildə hər qadına 0,99 kişi düşüb.3


  1. Azərbaycan Respublikasında mədəniyyət üçün dövlət orqanları məsuliyyət daşıyır.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət tədbirlərinin idarə edilməsi və tənzimlənməsi üçün məsuliyyət daşıyan əsas dövlət orqanıdır. O, regional idarələrdə həm rayon üzrə rəhbərə, həm də Mədəniyyət və Turizm Nazirliyinə məruzə edən nümayəndələrə malikdir. Hazırda 66 inzibati rayon mövcuddur, ancaq hökumət tərəfindən, nəticə etibarı ilə, regional bölgünü 6-10 inzibati vahidə endirə biləcək inzibati genişləndirmə islahatı planlaşdırılır.

Naxçıvan Muxtar Respublikasının Muxtar Respublikanın parlamenti tərəfindən təyin edilən öz Mədəniyyət və Turizm Nazirliyi var.

Aşağıdakılar Azərbaycan Respublikasında mədəniyyətin dövlət tərəfindən idarə edilməsi ilə birbaşa və ya dolayı olaraq məşğul olan struktur və təşkilatlar üçün ümumi sxemi təşkil edir:

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Nizamnaməsinə əsasən, "Dövlət siyasətlərinin turizm sahəsinə tətbiq edilməsi və Azərbaycan mədəniyyətinin təbliği, qısa, orta və uzunmüddətli strategiya və proqramların yaradılması və tətbiqi, gənclər arasında mədəniyyət sahəsindəki fəaliyyətlərin genişləndirilməsi, hər bir vətəndaşın Azərbaycanda mədəniyyətin inkişafına töhfə verə bilməsinə şəraitin yaradılması" üçün məsuliyyət daşıyan dövlət orqanıdır ... ".4 Nazirlik musiqi məktəbləri, kitabxanalar, muzeylər, konsert zalları, Azərbaycan kinostudiyası, teatrlar, Peşəkar Mədəniyyət İttifaqları (Bəstəkarlar, Yazıçılar, Memarlar və s.) və s. kimi tabeli strukturlardan ibarət geniş şəbəkəyə malikdir. Bu strukturların hamısı nazirliyin müvafiq departamentləri tərəfindən maliyyələşdirilir və onlara hesabat verir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil siyasətlərinin və proqramlarının idarə edilməsi üçün məsuliyyət daşıyır. Onun da digər Mərkəzi İcra Hakimiyyəti Orqanları kimi inzibati rayonların İcra Hakimiyyətləri çərçivəsində öz regional departamentləri var. Onun səlahiyyətləri məktəbəqədər təhsildən ibtidai, orta, eləcə də ali təhsilə, həmçinin aspirantura təhsilinə qədər təhsilin bütün mərhələlərini əhatə edir. Nazirlik bunlarla yanaşı, həmçinin, qeyri-formal təhsil müəssisələrinin strukturlarını da idarə edir.

Azərbaycan Respublikası Elmlər Akademiyası. Azərbaycan Respublikasının Azərbaycan Ədəbiyyatı Elmi-Tədqiqat İnstitutu, Memarlıq Elmi-Tədqiqat İnstitutu, Arxeologiya Elmi-Tədqiqat İnstitutu, Milli Tarix Muzeyi və Azərbaycan Ədəbiyyatı Muzeyi daxil olmaqla


Mədəniyyətlə əlaqədar bir neçə müəssisəni əhatə edən ali elmi orqanıdır.



Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərkibində iqtisadiyyat, demoqrafiya, mədəniyyət, təhsil və başqa sahələr üzrə statistik məlumatların toplanması, emal edilməsi və yayılması üçün məsuliyyət daşıyan hökumət orqanıdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi statistik informasiya sisteminin keyfiyyətini təmin edir. Dövlət Statistika Komitəsi fəaliyyətini ölkədə baş verən sosial-iqtisadi proseslərin hərtərəfli və obyektiv şəkildə öyrənilməsi əsasında təşkil edir, ölkənin sosial-iqtisadi vəziyyəti haqqında informasiya təmin edir, fərdlərin və hüquqi şəxslərin hüquqlarına hörmətlə yanaşmaq və onların şəxsi məlumatlarını mühafizə etməklə statistik məlumatların rolunu genişləndirmək məqsədi daşıyan siyasətin tətbiq edilməsi üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin vəzifələri aşağıdakılardır:



  • ölkənin statistika siyasətinin həyata keçirilməsi;

  • statistik məlumatların dəqiqliyinin və adekvatlığının, eyni zamanda bazarın sosial və iqtisadi sferalarında gedən proseslərə uyğunluğunun təmin edilməsi;

  • beynəlxalq standartlar əsasında texniki və iqtisadi məlumatların yaradılması və tətbiq edilməsinə metodoloji nəzarətin həyata keçirilməsi;

  • statistik hesabatların hazırlanmasının koordinasiyası və onların hazırlanma şərtlərinin və qaydalarının təyin edilməsi;

  • statistik məlumatların təhlil edilməsi, sosial-iqtisadi və demoqrafik tendensiyaların müəyyənləşdirilməsi;

  • statistika sahəsində beynəlxalq əməkdaşlığın təmin edilməsi, ölkənin maraqlarına zidd olmayan statistik məlumatların yayılması və mübadilə edilməsi.

  1. Göstəricilərin yaradılması

Aşağıdakı hesabatda UNESCO-nun İnkişaf üçün Mədəniyyət Metodologiyası Təlimatında göstərilmiş əsas göstəricilərlə əlaqədar metodologiya və texniki aspektlər və məlumatların toplanması, eləcə də məlumatların ümumi keyfiyyətinin artırılması məqsədilə alternativ informasiya toplama həlləri təsvir olunub.5

Göstəricilər çoxluğunun hər bir hissəsinin strukturu aşağıdakı kimidir: göstəricilər, mənbələr, problemlər, izahatlar, eyni zamanda göstəricilər çoxluğunun tətbiq edilməsi zamanı qarşıya çıxan maneələr (məsələn, məlumatlarda ziddiyyət, informasiyanın olmaması, incəsənətlə əlaqədar olan şəxslərin qeyri-rəsmi əməliyyatları kimi subyektiv amillər, şişirdilmiş məlumatlar və s.)



Cədvəl 01. Aspekt üzrə təhsilin əsas göstəriciləri

Aspektlər

Alt-aspektlər

İqtisadiyyat

  • Mədəniyyət tədbirlərinin ÜDM-yə töhfəsi

  • Mədəniyyət sahəsində məşğulluq

  • Mədəniyyət üzrə məişət xərcləri

Təhsil

  • İnklüziv təhsil

  • Çoxdilli təhsil

  • İncəsənət təhsili

  • Mədəniyyət sahəsində peşəkar inkişaf

Gender bərabərliyi

  • Gender bərabərliyinin səviyyələri

  • Gender bərabərliyinin dərk edilməsi



Kommunikasiya

  • Özünüifadə azadlığı

  • İnternetə çıxış və ondan istifadə

  • Dövlət televiziyasında uydurulmuş məzmunun müxtəlifliyi

İdarəetmə

  • Mədəniyyət üçün standart təyin edən struktur

  • Mədəniyyət üçün siyasət və təşkilati struktur

  • Mədəniyyət infrastrukturlarının paylanması

  • Mədəniyyətin idarə edilməsində vətəndaş cəmiyyətinin iştirakı

İctimai iştirak

  • Mədəni tədbirlərdə iştirak

  • Etibar

  • Öz müqəddəratını təyinetmə azadlığı




İrs

  • İrsin dayanıqlılığı üçün çoxaspektli strukturun inkişaf indeksi


  1. İqtisadiyyat aspekti

Bu bölmədə üç alt-aspekt vasitəsilə mədəniyyətin ölkənin ümumi iqtisadi inkişafına töhfəsindən bəhs olunur:

  • Mədəniyyət tədbirlərinin ÜDM-yə töhfəsi

  • Mədəniyyət sahəsində məşğulluq

  • Mədəniyyət üzrə məişət xərcləri

  1. Mədəniyyət tədbirlərinin qazandırdığı dəyər

Azərbaycan Respublikasının Ümumi Milli Məhsulu Dövlət Statistika Komitəsi tərəfindən müntəzəm şəkildə aparılan müvafiq araşdırmanın nəticəsidir. O, bütün müəssisə (özəl və dövlət) və təşkilatların rüblük hesabatlarına əsaslanır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ölkədə həm hüquqi şəxslər, həm də özəl sahibkarlar kimi fəaliyyət göstərən bütün vergi rezidentləri tərəfindən təqdim edilməli olan Rüblük Vergi Bəyannamələri vasitəsilə informasiya təmin edən əsas orqandır.

Cədvəl 1.1-də Dövlət Statistika Komitəsinin ilkin hesablamaları göstərilib. Bu hesablamalara əsasən, incəsənət və istirahət ÜDM-in 0,3 faizini təşkil edir, ancaq mədəniyyət və yaradıcılıq sahələri üçün daha geniş bazis əsas götürülərsə, bu göstərici ÜDM-in 1 faizinə qədər arta bilər. Kommersiya əməliyyatlarının mühüm bir hissəsi qeyri-rəsmi (kölgə) iqtisadiyyatda aparıldığı və rəsmi statistikalarda qeydə alınmadığı üçün bu rəqəmlər mədəniyyət tədbirlərinin ÜDM-yə verdiyi töhfəni tam şəkildə ifadə etmir. Faktiki olaraq, İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) "Kölgələrdən yaranmaq" kitabına əsasən (2017-ci il, səh. 11 və 13) Azərbaycan kölgə iqtisadiyyatdan gələn məhsullar üzrə ən yüksək paylardan birinə sahibdir və bu göstərici hazırda ÜDM-nin 60 faizindən çoxdur.6

Bu yaxınlarda hökumət tərəfindən biznes fəaliyyətlərində nağd əməliyyatların sayını azaltmaq istiqamətində bir sıra tədbirlər görülüb. Bu tədbirlərdən biri də 1 aprel 2017-ci il tarixində qəbul edilmiş Nağdsız Əməliyyatlar haqqında Qanundur.

2016-cı il üçün Azərbaycanın ÜDM-i 37 843 000 000 ABŞ dolları şəklində məruzə edilib. 2016-cı ildə mədəniyyət fəaliyyətlərinin mütləq dəyəri 129 577 042 ABŞ dolları olub. İncəsənət və ya memarlıq kimi xüsusi mədəniyyət sahələri üzrə bölgü yoxdur.



Cədvəl: 1.1. ÜDM-də mədəniyyət tədbirlərinin payı




ÜDM (Ümumi Daxili Məhsul)

Mədəniyyət tədbirlərinin qazandırdığı dəyər (birbaşa mədəniyyət tədbirləri)

ÜDM-də mədəniyyət tədbirlərinin nisbəti (dolayı mədəniyyət tədbirləri və xərclər daxil olmaqla)

Cəmi

37 843 000 000 ABŞ dolları

129 577 042 ABŞ dolları

1%



Mənbə: 2016-cı ilin Milli Hesabları - fəaliyyət sahələri üzrə ÜDM. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

  1. Mədəniyyət və yaradıcılıq sahəsində məşğulluq

Əhalinin mədəniyyət fəaliyyətləri ilə məşğul olması mədəniyyət və yaradıcılıq fəaliyyətlərinə cəlb edilmiş insan resurslarının əsas göstəricisidir. Bu göstərici eyni zamanda əhalinin iş yeri, gəlir və maliyyə stabilliyi təmin edən mədəniyyət və yaradıcılıq fəaliyyətləri ilə məşğul olması potensialını ifadə edir.

Mədəniyyət fəaliyyətləri ilə məşğul olan şəxslərin ölkədəki ümumi məşğulluq göstəriciləri ilə müqayisədə faiz nisbəti 2015-ci ilin İşçi Qüvvəsi Sorğusundan götürülüb. 2015-ci il üzrə iqtisadiyyatın bütün sahələrində ümumi məşğulluq göstəricisi 1502,500 nəfər, incəsənət, əyləncə və istirahət sahəsində məşğulluq göstəricisi isə 56,700 nəfər olaraq qeydə alınıb. Beləliklə, birbaşa mədəniyyətlə əlaqədar olan məşğulluq faizi 3.8 % təşkil edir.

Bu rəqəmlər yalnız Məşğulluğun Beynəlxalq Standart Təsnifatının (MBST) kodlarına uyğun olaraq aşağıdakı incəsənət istiqamətlərini əhatə edir; 2641 (Yazıçılar), 2651 (Təsviri incəsənət), 2652 (Bəstəkarlar, musiqiçilər və müğənnilər), 2653 (xoreoqraflar və rəqqaslar), 2654 (film və teatr prodüserləri), 2655 (Aktyorlar). İqtisadiyyatın başqa sahələrində də statistikada öz əksini tapan istehsal (ümumi məşğulluğun 6,3 faizi), informasiya və kommunikasiya (ümumi məşğulluğun 1,7 faizi), peşəkar / elmi və texniki fəaliyyətlər (3,8%), təhsil (22,5%) kimi mədəniyyətlə əlaqədar olan məşğulluq halları mövcuddur.

Mədəniyyət sahəsi üzrə əsas məşğulluq göstəriciləri qadınların bir sıra mədəniyyət (incəsənət / əyləncə / istirahət) sahəsində və əlaqədar (təhsil) sahələrdə əhəmiyyətli dərəcədə dominant olduğunu göstərir. Bu da, o deməkdir ki, mədəniyyət sahəsi ölkənin gender bərabərliyində mühüm rol oynayır:



Cədvəl 1.2. Mədəniyyət sahəsində gender balansı

İqtisadiyyat sahəsi

İşləyən qadınlar (%)

İşləyən kişilər (%)

incəsənət, əyləncə və istirahət

63,6

36,4

İstehsal

23,5

76,5










informasiya və kommunikasiya

29,7

70,3

peşəkar / elmi və texniki fəaliyyətlər

44,6

55,4

Təhsil

71,4

28,6

Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsinin 2016-ci ilə dair Milli Hesablar Sistemi

Göstərici yalnız mədəniyyət fəaliyyətlərinin əsas işləri olduğunu bildirən şəxsləri əks etdirir. Halbuki, bir çox şəxsin mədəniyyət sahəsindəki işi ikinci dərəcəli, yarımştat və ya qeyri-rəsmi iş olur və rəqəmlərə daxil edilə bilmir. Bir çox dizayner, fotoqraf, mədəniyyət eksperti, veb-dizayner, musiqi aləti istehsalçısı, zərgər, dərzi, video operatoru, müəllim (musiqi, xarici dillər) və s. qeyri-müntəzəm şəkildə "evdən" işləyir.



  1. Mədəniyyət üzrə məişət xərcləri

Bu alt-bölmə mədəniyyət fəaliyyətləri və xidmətləri üzrə məişət xərclərini əhatə edir və kitablar, konsert və şoular, kommersiya yönümlü kino biletləri, teatr şouları və tamaşaları, eləcə də muzeylərə giriş biletləri kimi mədəniyyət məhsulları ilə əlaqədar xərclərin həcmini əks etdirir.

Məişət xərcləri 2015-ci ildə cəmi 34963,4 milyon, 2016-cı ildə isə 39773,4 milyon manat olub. Son iki ildə ümumi xərclərdə manatla açıq artım müşahidə edilsə də, AZN-dən ABŞ dollarına mübadilə kursu da nəzərə alınmalıdır. 2015-ci ildə mübadilə kursu 1 ABŞ dolları = 1.05 AZN olsa da, 2016-cı ildə 1 ABŞ dolları = 1.7 AZN olub. Nəticədə, 2015-ci il üçün 33298,0 milyon ABŞ dolları və 23395,9 milyon ABŞ dolları əldə edirik ki, bu da ABŞ dolları ilə ümumi xərclərdə ciddi azalma olduğunu göstərir.



Cədvəl 1.3. Məişət xərcləri üzrə cəmi büdcə və mədəniyyət / əyləncə büdcəsi (adambaşı / ay)

Göstərici

2015 (AZN)

2015 (ABŞ dolları)










Əyləncə və mədəniyyət

10,9

10,38

Cəmi xərclər

245,6

233,91

Mənbə: Dövlət Statistika Komitəsi, naməlum sorğu

Beləliklə, aylıq cəmi birbaşa mədəniyyət və əyləncə xərcləri hər ailə üçün bir ay üzrə 10.38 ABŞ dolları x 4.7 = 48.79 ABŞ dollarıdır. Mədəniyyət üzrə hər ailə üçün illik xərcləri təyin etmək məqsədilə yuxarıdakı ədəd 12-yə (ay) vurulur. 48.79 ABŞ dolları / ay x 12 ay = 585.48 ABŞ dolları / ailə / il.

Bu araşdırma üçün nəticələrin əldə edilməsi məqsədilə Dövlət Statistika Komitəsinin məlumatlarından (adambaşı aylıq istehlak büdcələri, ailələrin orta ölçüsü, əhalinin ümumi xərcləri) istifadə edilib.


  1. Təhsil aspekti

Təhsil tədrisin idarə edilməsi və ya bilik, bacarıq, dəyər, inanc və vərdişlərin əldə edilməsi prosesidir.  O, fərdi inkişafda və cəmiyyətin inkişafında mühüm rol oynayır. O, insanların bilik əldə etməsini dəstəkləyir və bu bilikləri müxtəlif cəmiyyətlər arasında yayır. Təhsil millətin mədəni inkişafının təməl daşıdır və başqa mədəniyyətlərə tolerant yanaşmaq və onları qəbul etmək üçün əsas təmin edir. O, müsbət təcrübələrin öyrənilməsi vasitəsilə yaradıcılığın dəstəklənməsinə kömək edir.

Təhsil aspekti təhsilin inklüzivliyinin qiymətləndirilməsi, mədəniyyətlərarası əlaqələrin, mədəni müxtəlifliyin, yaradıcılığın və mədəniyyət sahələrində peşə bacarıqlarının əldə edilməsi imkanlarının inkişaf etdirilməsi ilə təhsil, mədəniyyət və insanların inkişafı arasındakı əlaqəni öyrənir.

Bu aspekt üçün əsas göstəricilər aşağıdakıları əhatə edir:

Əsas göstərici

Təsvir

İnklüziv təhsil

17-22 yaş arasında olan əhalinin təhsil illərinin orta hesabla göstəricisi, bərabərsizlikləri əks etdirmək üçün uyğunlaşdırılmışdır

Çoxdilli təhsil

Dillərə (7-8-ci siniflər) həsr olunmuş dərs saatlarının ümumi sayı ilə müqayisədə, çoxdilliliyin təşviqinə həsr edilmiş dərs saatlarının faiz göstəricisi

İncəsənət təhsili

Dərs saatlarının (7-8-ci siniflər) ümumi sayı ilə müqayisədə, incəsənət təhsilinə həsr edilmiş dərs saatlarının faiz göstəricisi

Mədəniyyət sahəsində peşəkar inkişaf

Mədəniyyət sahəsində peşə təhsilinin, habelə ali təhsilin rabitəlilik və əhatəlilik indeksi

Azərbaycan Respublikası konstitusiyasının 42-ci maddəsinə (12 noyabr 1995-ci il) əsasən, vətəndaşların təhsil almaq hüququ aşağıdakı kimi ifadə olunur:



  • Hər bir vətəndaşın təhsil almaq hüququ var;

  • Dövlət ödənişsiz icbari orta təhsil təmin edir;

  • Dövlət təhsil sisteminə nəzarət edir;

  • Dövlət maddi vəziyyətlərindən asılı olmadan istedadlı şəxslərin təhsil almalarını təmin edir.

  • Hökumət minimal təhsil standartları təyin edir;

  • Hər kəs dövlət standartı çərçivəsində təhsil almaq hüququna malikdir.

Milliyyət, din, irq, dil, cins, yaş, sağlamlıq və sosial status, fəaliyyət sahəsi, yaşayış yeri və siyasi mövqe kimi fərqlərdən asılı olmayaraq Azərbaycanda bütün vətəndaşların təhsil almaq hüququ təmin olunub.

  1. İnklüziv təhsil

Təhsil yaşı altı və on beş arasında olan uşaqlar üçün ödənişsiz və məcburidir. Əsas təhsil müddəti üç hissəyə ayrılır: ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil.

İbtidai, orta, tam orta və ali təhsil müəssisələri üçün təhsil illərinin sayının göstərildiyi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ümumi təhsil planı olduğundan, informasiya toplama prosesi asan olub. İbtidai məktəblərdə təhsil müddəti 4 il, orta məktəbdə 5 il, tam orta məktəbdə isə 2 il təşkil edir. Ali təhsil müəssisələri (universitet və institutlar) 4 və 5 illik bakalavr təhsil proqramları (ixtisasdan asılı olaraq) və 7 illik tibb təhsili proqramları təklif edir. Təhsil müddətlərinin paylanması dövlət və özəl təhsil müəssisələri üçün məcburi xarakter daşıyır.



Yüklə 303,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin