Unesco iNKİŞaf göSTƏRİCİLƏRİ ÜÇÜn məDƏNİYYƏt azərbaycan haqqında analitik hesabat


Cədvəl 2.1. Təhsil illərinin orta hesabla sayı



Yüklə 303,41 Kb.
səhifə2/4
tarix26.05.2018
ölçüsü303,41 Kb.
#51606
növüXülasə
1   2   3   4

Cədvəl 2.1. Təhsil illərinin orta hesabla sayı

Təhsil illərinin orta hesabla sayı (yaşı 17 və 22 arasında olan əhali üzrə)

12

4 ildən az təhsil almış əhalinin faiz nisbəti (17-22 yaş)

1,0

Təhsil illərinin standartlaşdırılmış orta sayı

9

Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi.

  1. Çoxdilli təhsil

Azərbaycan Respublikasının rəsmi dövlət dili Azərbaycan dilidir. Sovet irsi və beynəlxalq inteqrasiya sayəsində ölkədə təhsil proqramlarının əsası kimi xarici dil (əsasən, rus və ingilis) tədris edən çox sayda məktəb mövcuddur.

Odur ki, çoxdilli təhsil statistikasının qiymətləndirilməsi zamanı aşağıdakı qruplaşdırma nəzərə alınmalıdır:



  1. Ana dilində təhsil verən və ingilis dilinin tədris edildiyi dərs saatları təklif edən məktəblər.

  2. Xarici dildə təhsil verən və ana dilinin, eləcə də ikinci xarici dilin tədris edildiyi dərs saatları təklif edən məktəblər.


Birinci qrupa daxil olan məktəblər təhsil proqramının cəmi 10 faizi həcmində xarici dil dərsləri təklif edir. Beləliklə, 5 dərs günü hər gün 6 dərsin olması ilə (orta hesabla) həftədə 30 dərs alınır. Təhsil planında 3 xarici dil saatı (həftədə üç dəfə) təklif edilir.

İkinci qrupa daxil olan məktəblərdə 2 saat ana dili tədris edilir və qalan dərslərin hamısı xarici dildə keçilir. Belə ki, tipik rusdilli məktəbin təhsil planında 3 saat rus dili dərsi, 3-4 saat ingilis dili dərsi və 2 saat ana dilli dərsi nəzərdə tutulur.

Daha dəqiq informasiya ümumi təhsil müəssisələrində (gündüz məktəbləri) çalışan bir sıra müəllimlərdən əldə edilə bilər:



  • Ana dilində dərs verən müəllimlər: 17764

  • Rus dilində dərs verən müəllimlər:

rus məktəblərində: 1241 qeyri-rus məktəblərində: 5913

  • İngilis dilində dərs verən müəllimlər: 13790

  • Başqa xarici dillər: 911

Çoxdilli təhsilin təbliğ edilməsinə həsr edilmiş tədris saatlarının dillər üçün ayrılmış ümumi saatlarla müqayisədə faiz nisbəti aşağıdakı kimidir:

rus məktəblərində:

  • Ana dili (Azərbaycan): 22%

  • 1-ci xarici dil (rus dili): 33%

  • 2-ci xarici dil (ümumi): 45%

Azərbaycan məktəblərində:

  • Ana dili: 50%

  • Xarici dil (ilk növbədə ingilis, fransız və ya rus dili): 50%

Mənbə: Təhsil planı haqqında informasiya Təhsil Nazirliyindən, müəllimlərin sayı haqqında informasiya isə Dövlət Statistika Komitəsinin 2016-cı ilə dair məlumatından əldə edilib.

  1. İncəsənət təhsili

Azərbaycanda orta təhsilin ilk iki ili ərzində təsviri incəsənət, musiqi, ədəbiyyat (milli ədəbiyyat və dünya ədəbiyyatı) dərsləri ümumi dərs saatlarının 13,0 faizini təşkil edir.7 Əlavə olaraq, incəsənət və əmək, musiqi, rəsm, rəqs və kompüter qrafikası üzrə təhsil planından kənar dərslər də keçilir.


Azərbaycanda eyni zamanda hökumət tərəfindən idarə edilən və incəsənət və mədəniyyət üzrə təlimlər keçən müxtəlif məktəb təhsil mərkəzləri də mövcuddur.



Cədvəl 2.2. 2017-ci ilin əvvəlində qeyri-rəsmi təhsil müəssisələri










Müəssisələrin sayı

onlarda:

təlim qruplarının sayı

iştirakçılar, nəfər

Cəmi

366

12383

156189

aşağıdakılar daxil olmaqla:

 

 

 

uşaq idman mərkəzləri

95

3925

46754

uşaq yaradıcılıq mərkəzləri

83

3043

40832

şahmat məktəbləri

66

1637

18007

texniki yaradıcılıq mərkəzləri

58

1579

20500

ekoloji təlim və təcrübə mərkəzləri

47

1131

16621

gənc turist mərkəzləri və yerli ənənələrin öyrənilməsi

9

471

6749

Başqa qeyri-formal təhsil müəssisələri

4

275

3742

estetik təlim mərkəzləri

3

270

2445

uşaqlar və gənclər üçün fiziki təlim mərkəzləri

1

52

539

İncəsənətlə əlaqədar başqa qeyri-formal məktəblər:

 

 

 

uşaqlar üçün musiqi məktəbləri

185

-

48803

incəsənət və rəssamlıq məktəbləri

55

-

18226


Mənbə: Təhsil Nazirliyi 2017-ci il.

  1. Mədəniyyət sahəsində peşəkar inkişaf

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nəzarətində 20 universitet, başqa dövlət orqanlarının tabeliyində isə əlavə 12 universitet mövcuddur. Özəl ali təhsil müəssisələrinin sayı 11-dir.8 Bunlardan bəziləri sırf mədəniyyət və incəsənət təhsili ilə əlaqədardır:

  • Dövlət İncəsənət Akademiyası;

  • Azərbaycan Milli Konservatoriyası;

  • Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası;

  • Dövlət Mədəniyyət və İncəsənət Universiteti;

  • Bakı Xoreoqrafiya Akademiyası


Xarici Dillər Universiteti, Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti və başqaları kimi digər ali təhsil müəssisələri isə ədəbiyyat, dizayn, təsviri incəsənətlə əlaqədar bir sıra mədəniyyət yönümlü təhsil təklif edir.



  1. İdarəetmə aspekti

Mədəniyyətin idarə edilməsi aspekti müəyyən ölkədə dövlət orqanlarının mədəniyyət sahəsi ilə əlaqədar müzakirələrdə, qərar qəbuletmə, tətbiq, qiymətləndirmə və monitorinq proseslərində vətəndaş cəmiyyətinin iştirak formalarının, onunla əlaqədar siyasətlərin, tədbirlərin, təşkilati mexanizmlərin və infrastrukturların düzgün tətbiq edilməsi və bununla da, mədəniyyət hüquqlarına hörmətin formalaşdırılması sahəsindəki səylərini əks etdirən müxtəlif göstəricilər əsasında qurulur. Hazırlanmış beynəlxalq müqavilələr, konvensiyalar, bəyannamələr və başqa standart təyin edən sənədlər şəbəkəsi ölkənin mədəniyyət və incəsənətin inkişaf etdirilməsi daxil olmaqla müxtəlif sahələrdə yaxşı idarəetmə ilə əlaqədar əsas beynəlxalq dəyər və vasitələrdən xəbərdar olması ilə əlaqədar mühakimə yürütməyə imkan verir. Göstəricilər çoxluğu bütün mədəni özünüifadə formalarını rəngarənglik və müxtəliflikləri ilə əhatə edir. Bu aspektin dörd əsas istiqaməti ölkənin profilinin daha adekvat təsvirinin əldə edilməsi üçün nəzərdə tutulmuş bölmələrə ayrılır.

    1. Mədəniyyət üçün standart təyin edən struktur: 0,92/1

Azərbaycan Hökumətinin mədəniyyət sahəsində beynəlxalq konvensiyalara qoşulmaqla əlaqədar cəhdləri beynəlxalq səviyyədə yüksək - 0,96 balla, milli səviyyədə isə nisbətən aşağı - 0,89 balla qiymətləndirilir. Azərbaycan tərəfindən imzalanmamış / təsdiq edilməmiş yeganə iki beynəlxalq sənəd sualtı irsin (Azərbaycan ərazisində və onun sahil zonasında irs elementlərinə dair az sayda dəlil mövcuddur) mühafizə edilməsi və Azərbaycanın hələ də üzv olmadığı Ümumdünya Ticarət Təşkilatına aid İntellektual Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri üzrə Sazişlə əlaqədardır. Xüsusi mədəniyyət fondlarının fəaliyyətini möhkəmləndirən və ya vergi imtiyazları vasitəsilə mədəniyyətlə əlaqədar sponsorluqları dəstəkləyən qanunlar kimi mədəniyyətin maliyyələşdirilməsi ilə əlaqədar alternativ formaların təkmilləşdirilməsi üçün imkanlar mövcuddur. Xüsusən, Azərbaycan Hökumətinin iqtisadiyyatın qeyri-neft sektoruna kəskin keçid etməklə əlaqədar strateji məqsədi çərçivəsində yerli yaradıcılıq sahələrinin inkişaf etdirilməsinə imkan verən xüsusi qanunverici, tənzimləyici və operativ mexanizmlərin yaradılması barəsində düşünmək xüsusilə məqsədəuyğundur.

Şəkil 3.1. Mədəniyyətin, mədəniyyət hüquqlarının və mədəni müxtəlifliyin mühafizəsi və təşviqi üçün standart təyin edən struktur indeksi


Beynəlxalq səviyyə Milli səviyyə



Mənbə: Azərbaycan Respublikasının Konstitusiyası (1995-ci il), Milli Məclisin Qanunvericilik Bazası (2017-ci il)



    1. Mədəniyyət üçün siyasət və təşkilati struktur: 0,95/1

Bu göstərici üzrə Azərbaycanın ümumi balı mədəniyyətin idarə edilməsinin vacibliyi ilə əlaqədar aydın hədəflərin olduğunu göstərir ki, bu da 2014-cü ildə qəbul edilmiş "Milli Mədəniyyət Konsepsiyası" adlı siyasət sənədində öz əksini tapıb. Göstəricinin təyin edilməsi üçün tətbiq edilən nəzarət siyahısına əsasən, Azərbaycanda mədəniyyətlə əlaqədar öhdəliklərin müvafiq büdcə xərcləri ilə dəstəklənməli olan yerli / daxili orqana verilməsi üçün mexanizm mövcud deyil və bu, ölkədəki işlərin cari vəziyyətini əks etdirir - daxili orqanların vəzifələri mədəniyyət fəaliyyətləri ilə əlaqədar büdcələri əhatə etmir.

Bunun səbəblərindən biri ondan ibarətdir ki, Azərbaycandakı idarəetmə orqanları iqtisadi baxımdan mədəniyyət üçün öz büdcələrini formalaşdıracaq qədər güclü deyil. Digər bir səbəb isə odur ki, yaxşı təlim keçmiş və bacarıqlı mədəniyyət işçilərinin çatışmaması mədəniyyətlə əlaqədar xidmət və məhsulların mərkəzləşdirilmiş qaydada təmin edilməsinin daha effektiv olmasına gətirib çıxarır. Azərbaycanda 2000-ci illərin əvvəllərində mədəniyyət siyasəti ilə əlaqədar strateji məqsəd kimi mədəniyyətin idarə edilməsinin mərkəzsizləşdirilməsi həyata keçirilsə də, təcrübə təxminən 70 inzibati vahidin (rayonun) üfuqi strukturunun daha çox müxtəlifliyə və liderliyə gətirib çıxarmadığını, əksinə, olduqca ağır olduğunu göstərib. 2016-cı ildə həyata keçirilən struktur islahatının məqsədi icraedici administrasiyanı təkrarlamayan və büdcələrini Mədəniyyət və Turizm Nazirliyindən alan 16 regional mədəniyyət departamentinin yaradılmasından ibarət idi.



Şəkil 3.2. Mədəniyyətin, mədəniyyət hüquqlarının və mədəni müxtəlifliyin mühafizəsi və təşviqi üçün siyasətin və təşkilati strukturun inkişaf indeksi


Normativ baza Təşkilati baza



Mənbə: Azərbaycan 2020 İnkişaf Konsepsiyası (2012-ci il), Milli Mədəniyyət Konsepsiyası (2014-cü il), Azərbaycan Respublikasının Dövlət Büdcəsi (2016-cı il)

    1. Mədəniyyət infrastrukturlarının paylanması: 0.744/1

Mədəniyyət infrastrukturu mədəniyyətlə əlaqədar ehtiyac və istəklərin təmin edilməsi, mədəni istehsalatda iştirak, translyasiya və istehlak məsələlərində imkanların bərabərliyinin təcəssümüdür. Odur ki, onun ölkə ərazisində paylanması mədəniyyətdən istifadə ilə əlaqədar mövcud fərq və bərabərsizliklərin daha yaxşı başa düşülməsi və qiymətləndirilməsinə, eləcə də mədəniyyətin planlaşdırılması üçün şərtlərin daha aydın şəkildə əsaslandırılmasına kömək edir.


Azərbaycanda kitabxanaların, muzeylərin, ifaçılıq sənəti obyektlərinin yüksək miqdarda mövcud olması və balanslı şəkildə paylanması qismən mədəniyyət obyektlərinin düzgün paylanması məsələsinə xüsusi diqqət yetirilmiş Sovet dövrünün planlı iqtisadiyyatından qalan sistemin nəticəsidir. Ancaq Sovet İttifaqının dağılmasından 25 ildən artıq müddət keçib və yerli hökumətin uzun keçid dövrünün çətinliklərinə baxmayaraq, bu demokratik prinsipi davam etdirməyə çalışması təqdirəlayiqdir. Bu sorğu bu müəssisələr tərəfindən təmin edilən mədəniyyət məhsullarının və xidmətlərinin məzmun və keyfiyyətini qiymətləndirmir, ancaq bu göstərici üzrə toplanan rəqəmlər daha məqsədyönlü şəkildə tətbiq üçün əsas səbəb rolunu oynaya bilər. Göstərici mədəniyyət obyektlərinin təchizatını qiymətləndirir, tələbat səviyyəsini və ya onların əlçatanlığını qiymətləndirmir.

Sorğu nəticəsində Bakı (və onun şəhər aqlomerasiyası Sumqayıt) üzrə kifayət qədər gözlənilməz nəticə əldə edilib: adətən paytaxtda mədəniyyət obyektləri və xidmətləri şəbəkəsinin daha sıx olduğu düşünülsə də, rəqəmlər bunun əksini sübut edir. Təbii ki, rayonda 120 ifaçılıq sənəti obyekti olduğu deyildikdə, 100 yerlik zalları olan mədəniyyət evləri nəzərdə tutulur. Hazırda Bakıda yalnız Kristal Zalda 23000 yer var ki, bu da təklif edilən proqramların bədii keyfiyyətinin nəzərə alınmaması ilə 230 bu cür kiçik obyektə ekvivalentdir. Eyni məsələ kitabxanalara da aiddir - Bakıda yerləşən Milli Kitabxanada 2015-ci ildə 4.500.000 kitabın olduğu və 20000-dən artıq ziyarətin baş tutduğu qeydə alınıb .9 Bundan əlavə, Bakıda milli statistikalarda "mədəniyyət müəssisəsi" kimi təsnif edilə bilməyəcək, mədəniyyət obyekti üçün mövcud olan "klassik" tərifə uyğun gəlməyən çox sayda yeni müstəqil mədəniyyət müəssisəsi var (kitab kafeləri, film nümayiş etdirmə avadanlıqları olan iş sahələri, özəl rəqs studiyaları, irs və yaradıcılıq təşəbbüsü qrupları). Məsələn, kitab kafesi ədəbi funksiyası nəzərə alınmadan sadəcə kafe hesab edilə bilər. Buna baxmayaraq, mövcud mədəniyyət obyektlərinin sayındakı bu uyğunsuzluq təkmilləşdirmələr haqqında düşünmək üçün çağırış kimi qəbul edilməlidir.


Şəkil 3.3. Mədəniyyət infrastrukturlarının ölkə ərazisində paylanması (2017-ci il)


Kitabxanalar və media-resurs mərkəzləri

İfaçılıq sənəti üçün ayrılmış sərgi məkanlarının sayı

Muzeylər

Kitabxanalar və media-resurs mərkəzləri

İfaçılıq sənəti üçün ayrılmış sərgi məkanlarının sayı

Muzeylər


Əhali

İfaçılıq sənəti üçün ayrılmış sərgi məkanlarının sayı

Kitabxana və media-resurs mərkəzlərinin sayı

Muzeylərin sayı



Sumqayıt

Xaçmaz


İsmayıllı

Şəki


Kürdəmir

Ağstafa


Gəncə

Şəmkir


Bərdə

Ağcabədi

Ağdaş

Sabirabad



Biləsuvar

Masallı


Lənkəran

Bakı



Mənbə: Mədəniyyət və Turizm Nazirliyinin daxili hesabatı (2017-ci il)

    1. Mədəniyyətin idarə edilməsində vətəndaş cəmiyyətinin iştirakı: 0,81/1

Bu mürəkkəb göstərici vətəndaş cəmiyyətinin iki kateqoriyasını əhatə edir - etnik azlıq cəmiyyətləri və hər hansı təşkilat və ya assosiasiyaya birləşən və ya birləşməyən müstəqil peşəkar ekspertlər. Hər iki hal üçün Azərbaycan strateji sənədlərin, eyni zamanda yüksək səviyyəli tədbir və proqramların müzakirə edilməsi və hazırlanması proseslərində qeyri-hökumət təşkilatlarının olduqca yüksək səviyyədə iştirakını təmsil edir.

Ölkə müntəzəm şəkildə ildə iki dəfə keçirilən, bütün qitələrdən hökumətləri, akademiyaları, sosial innovatorları və mədəniyyət üzrə aktivistləri təmsil edən yüzlərlə iştirakçının toplaşdığı Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməklə multikulturalizm və tolerantlıqla əlaqədar yaxşı təcrübələrin öyrənilməsi və təbliğ edilməsi sahəsində liderə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanda azlıqların mədəniyyət hüquqlarının adekvat şəkildə təmsil edilməsini təmin edir.

Yaradıcılıq İttifaqlarının (Bəstəkarlar İttifaqı, Yazıçılar İttifaqı, Teatr Əməkdaşları İttifaqı, Aktyorlar İttifaqı və s.) nümayəndələri müntəzəm şəkildə prezidentin fərmanları əsasında yaradılan xüsusi komitələrə, eləcə də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən geniş miqyaslı tədbirlərə və uzunmüddətli layihələrə cəlb edilir.

Hökumət orqanları ilə vətəndaş cəmiyyəti arasındakı əlaqələrin inkişaf etdirilməsində növbəti addım təbiətləri etibarı ilə birləşdirici olan daimi görüşlər və qərarlar əsasında daimi komitələrin yaradılmasından ibarət ola bilər.



Şəkil 3.4. Mədəniyyət sahəsindəki mütəxəssislərin və milli azlıqların onların maraqlarını əhatə edən mədəniyyət siyasətləri, tədbirləri və proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi proseslərində iştirakının stimullaşdırılması indeksi


Azlıqların iştirakı Mütəxəssislərin iştirakı





  1. İctimai iştirak aspekti

Mədəniyyət insanların dəyərlərini, inanclarını, istəklərini onların davranışları, ayinləri və əlaqə növləri ilə əlaqələndirən geniş, əhatəedici interpretasiyası mümkün olan mühüm sosial fenomen hesab edilir. Bu baxımdan, fərdlər, qruplar, cəmiyyətlər və millətlər arasındakı münasibətləri və sosial əlaqələri tənzimləyən qarışıq sistemlər çoxsaylı və üst-üstə düşən mədəniyyət nümunələrinin güclü təsirinə məruz qalır.

Sosial iştirak aspekti fərdlərin bəzi mədəniyyət / sub-mədəniyyət birliklərinə aid olmalarını ifadə etmələrinə, onların mədəni baxımdan fərqliliklə əlaqədar verdikləri reaksiyaya və aid olduqları cəmiyyətlərin uyğunluğuna təsir göstərən mexanizmlərdən bəzilərini hərtərəfli şəkildə izah edir.



    1. Kənarda keçirilən mədəniyyət tədbirlərində iştirak

Azərbaycan üzrə CDIS üçün tələb olunan məlumatlar mövcud deyil. Təqdim edilən məlumatlar Dövlət Statistika Komitəsinin internet səhifəsindən götürülüb, ancaq bu rəqəmlər yaş və ya cins üzrə paylanmanı əks etdirmir, bundan əlavə, hesablama üsulu adətən CDIS tərəfindən istifadə edilən üsullardan fərqlidir - burada rəqəmlər insanların sayını deyil, baş çəkmələrin sayını əks etdirir. Belə ki, məsələn, il ərzində mədəniyyət obyektlərinə müntəzəm şəkildə baş çəkən insanlarla mədəniyyət obyektinə və ya tədbirinə cəmi bir dəfə baş çəkən insanlar bir-birindən fərqləndirilmir, məsələn, dörd dəfə mədəniyyət obyektinə baş çəkən ziyarətçi dörd dəfə sayılacaq.

Milli statistika mənbələrindən əldə edilən rəqəmlər Azərbaycanda 2016-cı ildə mədəniyyət tədbirlərində iştirakla əlaqədar ümumi mənzərəni əks etdirir.10

Cədvəl 4.1. Mədəniyyət obyektlərinə baş çəkmə (ziyarətlərin sayı ilə)


  • Muzeylərə ziyarətlərin sayı: 2.697.000

  • Kinoteatrlara ziyarətlərin sayı: 469,600

  • Peşəkar teatrlara ziyarətlərin sayı: 727,000

  • Konsert məkanlarına ziyarətlərin sayı: 457,000

Mənbə: Dövlət Statistika Komitəsi (2016-cı il)

Caucasus Barometer sorğusu (2013-cü il) son 6 ayda teatra / kinoteatra baş çəkməklə əlaqədar aşağıdakı nəticələri əks etdirir.11 CDIS üçün son on iki ay üzrə ziyarətçilərin sayı tələb edildiyi üçün bu sorğu onun tələblərinə yalnız qismən uyğun gəlir. Bu məlumatlar müvafiq ziyarətlərin sayını deyil, teatra / kinoteatra baş çəkən şəxslərin sayını əks etdirir, yəni dörd dəfə teatra / kinoteatra baş çəkən şəxs bir dəfə sayılacaq.



Cədvəl 4.2. Azərbaycanda mədəniyyət obyektlərinə baş çəkmək (son 12 ayda mədəniyyət obyektlərinə baş çəkən insanların faiz nisbəti)

Cinsi mənsubiyyət

Gəlir kvintili

Urbanizasiya

Yaş qrupu

Qadın

Kişi

1

2

3

4

5

Şəhər

Kənd

18-35

36-55

56+

9

8
















25

4

13

5

5

Mənbə: Caucasus Barometer sorğusu (2013-cü il)



    1. Şəxsiyyətin formalaşdırılması ilə əlaqədar olan mədəniyyət tədbirlərində iştirak:

CDIS tərəfindən tələb olunan məlumatlara ən yaxın mövcud məlumatlar Caucasus Barometer sorğusu (2013-cü il) nəticəsində əldə edilmiş məlumatlardır, ancaq bu məlumatlar ictimai toplantıda iştirakla əlaqədar toplanıb. Ancaq "ictimai toplantı" heç də mütləq şəkildə hər hansı mədəniyyət tədbiri növü hesab edilmədiyi üçün onlar açıq şəkildə "şəxsiyyətin formalaşdırılması" ilə əlaqədar hesab edilə bilməz.

Yüklə 303,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin