Cədvəl 6.2. Pay TV-yə abunə olmuş ailələr
İllər
|
Pay TV istifadəçilərinin (ailələr) ümumi sayı:
|
2013
|
878
|
2014
|
983
|
2015
|
100 001
|
2016
|
1000 013
|
Mənbə: BBTV Kabel və Rəqəmsal Televiziya şirkətinin marketinq araşdırması
Əsas kabel televiziyası operatorları arasında Pay TV-dən istifadə edən ailələrin yuxarıda qeyd edilən sayının paylanması aşağıdakı kimidir:
Şəkil 6.1. Azərbaycanda kabel televiziyası və rəqəmsal televiziya
Mənbə: BBTV 2016-cı il
BBTV araşdırmasının nəticələrinə görə, getdikcə daha çox insan xarici məzmundan istifadə etmək üçün Pay TV xidmətlərini satın alır. Eyni araşdırma göstərir ki, türk televiziya seriallarına, beynəlxalq idman kanallarına, rus / Ukrayna dilində olan xəbərlərə, şou proqramlara və televiziya seriallarına baxmaq üçün əsasən Pay TV kanallarından istifadə edilir. Yerli televiziya kanallarını ödənişsiz izləmək mümkündür (11 kanal).
Filmlərin yayımı
Ölkədə yayımlanan filmlərin ümumi sayına nəzərən yerli tammetrajlı filmlərin nisbəti (faizlə).
Proses
Bu göstərici ölkədəki xarici filmlərə nəzərən yerli filmlərin mövqeyi ilə əlaqədar ümumi mənzərəni təqdim edir. Ölkədə hamısı Park Cinema Group-un, həmçinin bərpa edilmiş və fəaliyyət göstərməkdə olan 1 dövlət kinoteatrının
tərkibində olmaqla rəsmi material təqdim edən 11 müasir kinoteatr mövcuddur. Park Cinema Group-un rəhbərliyindən müsahibə alınıb və rəhbərlik aşağıdakı nəticələri təqdim etməklə yayımladıqları filmlər haqqında məlumat verib.
Nəticələr
2016-cı ildə ölkədə Park Cinema Group tərəfindən 192 film yayımlanıb və yalnız 2 film yerli istehsal məhsulu, 1 film isə birgə istehsal məhsulu olub. Digər tərəfdən, dövlət kinoteatrı (Mədəniyyət və Turizm Nazirliyi nəzdində) 2016-cı ildə 56 film yayımlayıb və onlardan 54-ü yerli istehsal məhsulu, 2 film isə birgə istehsal məhsulu olub. Burada yerli filmlər üçün bilet satışlarının xarici filmlər üçün bilet satışlarına nisbəti 3,2% olub.19
-
İrs aspekti
Azərbaycanda irs müntəzəm şəkildə möhkəmlənən milli mənsubiyyətin mühüm komponenti və ötən müddətdə getdikcə ümumi regional və qlobal dəyərlərin ifadə edilməsi üçün mədəniyyətlərarası dialoqun vacib elementi hesab olunur. O, eyni zamanda möhkəm və kövrək, müxtəlif və unikal olmaqla həm istinad nöqtəsi, həm də resursdur (və ya əsas vəsait). İrs anlayışının dövlət tərəfindən abidələrin qorunması və mühafizə edilməsindən cəmiyyətlərin daha əhatəli iştirakına, maddi dəlillərdən çox sayda qeyri-maddi ifadələrə doğru genişləndirilməsi ilə bu anlayış dəyişikliyə məruz qalıb.
İrs üçün siyasətlərin tətbiqi fəal vətəndaşlığın inkişaf etdirilməsini, iqtisadi potensiallardan istifadəni, bilik bazasının və peşə bacarıqlarının gücləndirilməsini, ərazi üzrə idarəetmənin təkmilləşdirilməsini əhatə edir.
Hökumət 2001-ci ilin avqust ayında əhəmiyyətinə görə dərəcələndirməklə - dünya, milli və ya yerli - dövlət tərəfindən mühafizə edilən abidələrin siyahısını təsdiq edib. Bu siyahıya memarlıq, arxeologiya nümunələri, bağ və parklar daxildir. Milli qanunvericiliyə əsasən qlobal və milli səviyyədə dəyərli olan abidələr özəlləşdirilə bilməz. 6,308 tarixi və mədəni abidə (21-i memarlıq baxımından və 44-ü arxeoloji baxımdan qlobal əhəmiyyətli), bağ və parklar, monumental və memorial dekorativ sənət abidələri (milli heykəltəraşlıq abidələri) tarixi və mədəni əhəmiyyətlərindən asılı olaraq milli səviyyədə təsdiqlənmiş siyahıya daxildir.
Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında prezidentin 18 dekabr 2014-cü il tarixində imzalanmış fərmanına əsasən Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb.
İrsin dayanıqlılığı üzrə irsin dayanıqlılığının qorunması, mühafizə edilməsi və təbliği ilə əlaqədar müxtəlif göstəriciləri özündə birləşdirən qiymət yüksəkdir: 0.90/1. -
Ümumi qiymət aşağıdakı alt indekslərin orta qiymətidir: Qeydiyyat və yazılar – 0.87/1, qoruma, mühafizə və idarəetmə – 0,85/1 və dəstəyin ötürülməsi və səfərbər edilməsi – 1/1.
İrsin təbliğ edilməsi uzun müddət milli mədəniyyət strategiyasının, müxtəlif əhali qrupları ilə millət arasında əlaqənin yaradılmasının və ölkənin adının xaricdə təbliğ edilməsinin əsaslarından biri hesab edilib. Bu mərkəzləşdirilmiş maraq bu göstərici vasitəsilə əks etdirilən daha yüksək nailiyyətlərin əldə edilməsi ilə nəticələnir.
-
İrsin dayanıqlılığı
0.87/1 bal ölkənin mədəni irs nümunələrinin düzgün şəkildə qeydə alınmasının əhəmiyyətini aydın şəkildə dərk etdiyini göstərir. İki halda son illərdə heç bir fəaliyyət olmasa da, davam etməkdə olan tədbirlər mövcuddur. Birinci, son 5 il ərzində UNESCO-ya təqdim edilmiş mədəni və milli irs nümunələrindən ibarət yenilənmiş ilkin siyahılar olmasa da, əvvəlki ilkin siyahı köhnəlmədiyi üçün onu yeniləməyə ehtiyac olmayıb. İkinci, Azərbaycanın heç bir layihəsi qeyri-maddi mədəni irsin qorunması sahəsində yaxşı təcrübə kimi təyin edilməsə də, UNESCO-nun Nümayəndə Siyahısına daxil edilmiş qeyri-maddi mədəni irs elementləri üçün təqdirəlayiq irəliləyiş müşahidə edilir. Bu elementlərə misal olaraq, dövlət və özəl mənbələr tərəfindən göstərilən xüsusi səylər sayəsində son illərdə çiçəklənmə dövrünü yaşayan Muğam ənənəsini göstərmək olar.
-
Mühafizə, qoruma və idarəetmə
İrsin mühafizə edilməsi, qorunması və təbliği haqqındakı anket sahəsinin doldurulması nəticəsində 0,85/1 qiyməti əldə edilib ki, bu da qeyd edilən fəaliyyət sahəsi üzrə işlərin yüksək səviyyədə olduğunu, ancaq bəzi elementlərin çatışmadığını göstərir: mədəniyyət nümunələrinin qeyri-qanuni daşınması problemi ilə məşğul olmaq üçün polis və gömrük xidmətində xüsusi bölmələrin və silahlı qüvvələrdə irsin qorunması üzrə xüsusi təlim sessiyalarının olmaması . Bu elementlər Mədəniyyət və Turizm Nazirliyinin birbaşa səlahiyyətinə daxil deyil və başqa dövlət orqanları ilə daha fəal əməkdaşlığın təmin edilməsini tələb edir. Digər bir mühüm çatışmazlıq yerli cəmiyyətlərin təmsil olunması ilə xüsusi idarəetmə komitələrinin olmamasından ibarətdir və irsin idarə edilməsi ilə əlaqədar daha iştirak yönümlü, inklüziv yanaşma ölkənin mədəniyyət siyasətinin yaradılması ilə əlaqədar gündəliyə hələ yeni daxil olur.
-
Dəstəyin ötürülməsi və səfərbər edilməsi
Dəstəyin ötürülməsi və səfərbər edilməsi alt indeksi üçün 1/1 qiyməti əldə edilib. Odur ki, bu sahə ən uğurlu tətbiq sahəsidir. Təbii ki, hər zaman təkmilləşdirməyə ehtiyac var və İnkişaf Göstəriciləri üçün Mədəniyyət sorğusunun "heç olmasa, bir" kimi cavablar tələb edən sualları fəaliyyətlərin keyfiyyətini və ya mövcud tələblər əsasında görülən tədbirlərin adekvatlığını araşdırmır. Bununla belə, ən yüksək göstəricinin olması irsin mühafizə edilməsi və təbliği sahəsində dəstəyin effektiv şəkildə ötürülməsini və səfərbər edilməsini təmin etmək üçün tələb edilən vasitələrin minimal səviyyəsində olan siyasət səviyyəsi ilə əlaqədar aydın və düzgün təsəvvürün mövcudluğundan xəbər verir.
Şəkil 7.1. İrsin dayanıqlılığı üçün çoxaspektli strukturun inkişaf indeksi
-
İrsin dayanıqlılığı
Qeydiyyat və yazılar
Mühafizə, qoruma və idarəetmə
Dəstəyin ötürülməsi və səfərbər edilməsi
Cəmi
Qeydiyyat və yazılar
|
Mühafizə, qoruma və idarəetmə
|
Dəstəyin ötürülməsi və səfərbər edilməsi
|
Mənbə: UNESCO (2017), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (2017)
|
Beynəlxalq səviyyə
|
Saxlama, valorizasiya, idarəetmə
|
Cəmiyyətin iştirakı
|
Stimullaşdırıcı dəstək
|
Beynəlxalq səviyyə
|
|
Mənbə: UNESCO (2017), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (2017)
Dostları ilə paylaş: |