Şagirdlərin ilkin bilik, bacarıq, vərdişlərini və münasibətini, onların mümkün olan yanlış anlayışlarını müəyyən etməyə kömək edən qiymətləndirmə üsul və alətləri daxil edin
Şagirdlərin təlim ehtiyaclarını müəyyən edən, inkişafının izlənməsini təmin edən, anlayış səviyyəsini yoxlayan, metaidrakı, müstəqil öyrənməni və əməkdaşlığı təşviq edən qiymətləndirmə üsul və alətləri daxil edin.
Şagirdlərin anlayış və bacarıqlarını qiymətləndirən, metaidrakı təşviq edən və gələcək tədris işi üçün şagirdlərin ehtiyaclarını qiymətləndirən üsul və alətləri daxil edin.
Ehtiyacları öyrənmək , tədris məqsədləri qoymaq , şagirdlərin təhsildə inkişafını izlənmək, əksəlaqəni təmin etmək, düşüncə və prosesləri qiymətləndirmək üçün Siz və şagirdlərinizin istifadə etdiyiniz qiymətləndirmə sistemini təsvir edin. Nəzərdə tutduğunuz qiymətləndirmə üsullarlarını və qiymətləndirmə alətlərini sadalayın. Qiymətləndirmə alətlərinə qrafik sxemlər və xəritələr, gündəlik qeydlər, çeklistlər, konfranslar, sualvermə, sorgular, rubriklər, testlər, yoxlama yazı işləri və s. aid etmək olar. Həmçinin göstərin hansı şagird işlərini qiymətləndirirsiniz və hər bir halda hansı qiymətləndirmə alətlərindən istifadə edirsiniz. Məsələn: tədqimatlar, yazılı sənədlər və ya şagirdlərin çıxışlarını. Planın “Şagird və müəllim fəaliyyəti” bölməsində qiymətləndirilməni kim tərəfindən (qarşılıqlı, ozünüqiymətləndirmə, müəllim və ya valideyn tərəfindən) və necə həyata keçirilir, şagirdlər bu qiymətləndirmə alətlərindən necə istifadə edirlər, işın hansı mərhələsində qiymətləndirmə aparılır , qiymətlər nə vaxt və necə yazılır.