Universal sərgi və yarmarkalar


Sərgi və yarmarkaların funksiya



Yüklə 43,93 Kb.
səhifə3/7
tarix10.01.2022
ölçüsü43,93 Kb.
#110265
1   2   3   4   5   6   7
II
Sərgi və yarmarkaların funksiya

və vəzifələri.

Beynəlxalq sərgi və yarmarkaların funksya və vəzifələri çox böyükdür. Onlar planlı iqtisadiyyat ölkələrində keçirilən yarmarkalarda bir cür, azad rəqabət ölkələrində isə başqa cür təqdim olunur. Müəyyən mə’nada aşağıdakı vəzifə və funksyalar ümumi hesab edilə bilər: İqtisadi (idxal və ixrac) kommunikativ və idrak (dərketmə)

Hər bir yarmarkanın əhəmiyyəti onun iştirakçıları nökteyi-nəzərdən hər şeydən əvvəl müəyyən bazarın idxal ehtiyyatları ilə yə’ni, orada xarici nümayəndələrə öz mallarını sata bilmək imkanları ilə müəyyən olunur.digər tərəfdən yarmarkanın əhəmiyyəti bazarın ixrac imkanlarından da asılı olur. Təşkilatçı nökteyi-nəzərdən (əsasən ölkə olur) yarmarka və sərgilər ona idxal sferasındakı vacib ehtiyyaclarını göstərməyə ayrı-ayrı iştirakçı eksponentlərin mallarını öz sifarişlərini verməyə imkan yaradır. Beləliklə də xarici eksponent üçün əhəmiyyətli olan ixracat planları yarmarkanı təşkil edən ölkə üçün idxal vəzifələri sferasında eyni dərəcədə əhəmiyyətli olur. Yə’ni yarmarka zəruri idxalı tə’min etmək üçün ən effektiv vasitələrdən birinə çevrilir.

Ölkə üçün öz məhsullarının maksimum satışı vəzifəsi yə’ni indiki və gələcək ixrac vəzifələrinin həyata keçirilməsi ən vacib məsələdir. Bu məsələlərin həyata keçirilməsi, yə’ni valyutanın müəyyən həcmdə daxil olması zəruri idxal əməliyyatlarının aparılmasına imkan verir. Buradan göründüyü kimi, yarmarkanın əsas vəzifələrindən biri kimi nəzərdən keçirilən ixracat, başlıca məqsədə, yə’ni iqtisadiyyatın və daxili bazarın ehtiyyatlarnın ödənilməsini tə’min edən idxalata çatmaq üçün bir vasitətir. Öz-özlüyündən aydındır ki,yarmarkaların iqtisadiəhəmiyyəti və effektivliyi əməlliyyatların həcmi və əmtəə dövriyyəsinin dəyəri ilə ölçülə və qiymətləndirilə bilməz. Əsas müəyyən edici amillərdən biri də gələcək əmtəə dövriyyəsinə yeni mal çeşidləri daxil edəcək, yeni bazarlar ələ keçirəcək yeni eksperimental əməliyyatların miqdarı və xarakteridir. İnamla demək olar ki, beynəlxalq əmtəə dövriyyəsinə yeni məhsul daxil etmək və dünya bazarında ona «vətəndaşlıq» hüququ əldə etmək beynəlxalq yarmarkalardan istifadə etməklə daha asan, ucuz, tez və daha etibarlı yoldur.

Sərgi və yarmarka tədbirlərində, adətən, informasiya mübadiləsi baş verir. İştirakçıların stendlərinin, personallarının qəbulu, ilkin informasiya verici kanal kimi çıxış edir. Ziyarətci isə öncə informasiya qəbulçusu kimi çıxış etsə də sonradan aktiv şəkildə informasiya mübadiləsi prosesinə keçir. Beləliklə sərgi və yarmarkalar öz üzərlərinə kommunikasiya vasitəsi rolunu götürürlər. Bu mə’nada ticarət sərgi və yarmarkalarının əsas funksiyası kommunikativ funksiyadır. Aşağıdakı diaqramda sərgi və yarmarkalarının



Birinci səviyyə göstəriciləri sübut edir ki, sərgi və yarmarka çərçivəsində alıcıya xüsusi yaxınlıq, eksponent və ziyarətçi arasında şəxsi əlaqələrin yüksək intensivliyi əldə oluna bilər. Sərgi iştirakçısı ilə ziyarətçi arasında fərdi danışıqlar böyük əşəmiyyətə malikdir. Çünki, yalnız bu informasiya və kommunikasiya vasitəsinin köməyi ilə yeni kontaktlar, əvvələr mövcüd olan kontaktlar isə daha da intevsivləşir.

II səviyyədə sərgi iştiraketmə hadisəsi və imkanı faktorlarına münasibətdə göstərilmişdir. Sərgidə iştirak yüksək səviyyəli hadisə xarakterlidir. Belə ki, eksponent sərgiyə gəlişi tə’siredici yaddaqalan hadisəyə çevirmək (şou-sərgi və ya malla əlaqədar digər vasitələr)imkanına malikdir.

Digər kommunikativ vasitələrlə müqayisədə öz multifunksionallığı hesabına xüsusi əhəmiyyət kəsb edir. Digər kommunikasiya vasitələrinin heç biri bu şəkildə fərdi istifadə edilə bilmir və başqa heç yerdə alıcı ilə belə sıx kontaktda olmaq və onda informasiyaya tələb yaratmaq eləcə də onda artıq mövcüd olan informasiya tələbini ödəmək mümkün deyil.

Qeyd etdiyimiz kimi, beynəlxalq sərgi və yarmarkaların III funksiyası idrak (dərketmə) funksyasıdır. Beynəlxalq sərgi əv yarmarkalarının dünyanın müxtəlif ölkələrinin istehsalat və elmi-texniki nailiyyətləri səviyyəsi ilə ən yaxşı tanışlıq forması olması fikri geniş yayılmışdır. Sərgi və yarmarkaların bu cür qiymətləndirilməsi həqiqətdə öz tədqiqini tapır. Bu sərgi əv yarmarkalarda eksponent öz ekspozisiyasının xarakterini təkcə təşkilatçı ölkənin muasir dövrdə potensial idxal imkanları əsasında müəyyən etmir və ekspozisiyasını gələcəkdə maraqlı ola biləcək eksponentlər hesabına genişləndirir. Lakin bu və ya digər halda da eksponentlərin keyfiyyəti və xarakteri son texniki nailiyyətləri əks etdirməlidir. Sərgi və yarmarkalarda ən yaxşı istehsalat və texniki mə’mulatlarla xarakterlənən və keçən il nümayiş edilən eksponatlardan fərqlənən daha müasir eksponatları göstərmək cəhdi yalnız nüfuz mülahizələrindən irəli gəlir.

Məhz buna görə bütün az-çox əhəmiyyətə malik beynəlxalq yarmarkalar istehsalat, texnika, elm mütəxəssisləri qarşısında geniş imkanlar açır. Təşkilatçı ölkələrə isə yarmarkalar dünya istehsalının, dünya texnikasının, dünya elminin inkişaf istiqamətləri ilə bilavasitə tanış olmaq imkanları verir.

Beynəlxalq sərgi və yarmarkaları elmi-texniki istehsalat şkalası (xarici müəssələrin mə’ruzələri, elmi kinofilmlərin və xüsusi buraxılışların nəzərdən keçirilməsi) və ticarət praktikası olmasından asılı olmayaraqbğ ticarətdə əhəmiyyətli yer tutan birbaşa əlaqələrin yaradılması imkanları da böyükdür. Yarmarkalar ölkəyə aid olan obyektiv qiymətləri müqayisə etməyə imkan verirlər.(ölkə bütövlükdə, iqtisadi sistem, ticarət sistemi, maliyyələşdirmə, istehsalat və s.)

Bütün bu idrak (dərketmə) dəyərləri iqtisadiyyatın müxtəlif sahələrini təkmilləşdirmək və inkişaf etdirmək prosesində praktiki əhəmiyyət kəsb edir.

Yekunlaşdırarkən qeyd etmək lazımdır ki, beynəlxalq sərgi və yarmarkaların funksiyaları aşağıdakı prinsiplərə uyğundur:

  • Daha yaxşı və baha satmaq, daha yaxşı və ucuz almaq.

  • Daha əlverişli şərtlərlə idxal əməliyyatları həyata keçirmək.

  • Şəxsi ixracın optimal həcmini təjhizat’min etmək.

  • Maksimum miqdarda yeni bazarlar ələ keçirmək və yeni əmtəələr daxil edən əməliyyatlar keçirmək.



III



Yüklə 43,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin