2. Universitetlərin İkinci missiyası: elm
Reytinqin Elm bölümündə ilk 30-luqda ən çox universitet ABŞ, Kanada, İngiltərə və Avstraliyadandır. Rəsmi dilinin İngilis dili olmayan ölkələr arasında yalnız Technion universiteti (Haifa şəhərindəki İsrail Texnologiya Universiteti) ilk otuzluğa daxil olub.
Elmin səviyyəsi də maliyyələşmədən asılıdır və burada da yenə amerikalılar liderdir. ABŞ universitetləri tədqiqat üçün İngiltərə universitetlərindən 4 dəfə, Alman universitetlərindən 2,2 dəfə, Yaponiyadan 2,5 dəfə çox pul cəlb edirlər. Bu özünü nəticədə göstərir: sıralamadakı Amerika universitetlərinin elmi nəşrləri dünya ortalamasından orta hesabla 1,3 dəfə yüksəkdir.
Rusiya mövqeyini tədricən yaxşılaşdırır: keçən il elmdə ilk 100-lükdə bir dənə də olsun rus universiteti yox idi, bu il Moskva Dövlət Universiteti daxil oldu. M.V. Lomonosov adına MDU 100-cü yeri tutdu.
Dostları ilə paylaş: |