Universitetlərin 3 Missiyası” qlobal reytinq siralanması dosent ilham əhmədov


Universitetlərin üçüncü missiyası: cəmiyyətə təsir imkanı



Yüklə 22,66 Kb.
səhifə4/6
tarix01.01.2022
ölçüsü22,66 Kb.
#106944
1   2   3   4   5   6
Universitetlərin 3 Missiyası İlham Əhmədov

Universitetlərin üçüncü missiyası: cəmiyyətə təsir imkanı.

Bu kriteriyaya görə ilk 30-a ABŞ, Kanada, Meksika, Braziliya, Rusiya, Böyük Britaniya, Yaponiya, Çin, Hong Kong, Tayvan və Avstraliya universitetləri daxildir.

"Universitetlərin 3 Missiyası" reytinqləməsi, koronavirus pandemiyası səbəbindən dünya təhsilindəki dəyişikliklərə cəld reaksiya verən ilk qlobal reytinqlərdən oldu. Ümid edək ki, gələcəkdə ali təhsil sistemimizdə dərin islahatlar aparılacaq və bunun nəticəsi olaraq milli universitetlərimizdən heç olmasa biri bu sıralamada olan 1500 universitetdən biri olacaq.

Məlum olduğu kimi müasir universitetlərin 3 mühüm missiyası var: TƏHSİL, ELM və CƏMİYYƏTƏ TƏSİR İMKANI.

Son illər dünya universitetlərinin reytinqi cədvəlinin yeni formatı yaradılıb. Bu “Universitetlərin 3 Missiyası” reytinq cədvəlidir. Bu reytinqlənmə Rusiya Federasiyasında aparırlar. Bu reytinqləmədə 3 missiyanın hər biri üzrə ayrılıqda qiymətləndirmə aparılır. 2020-ci il üçün “Universitetlərin 3 Missiyası” reytinqinə 97 ölkədən 1500 universitet daxil edilmişdir.

Bu reytinqin İlk 100-lüyündə yer alan Rusiya universitetlərinin sayı və mövqeyi ötən illə müqayisədə artmışdır. Moskva Dövlət Universiteti 22-ci yerdən 21-ci yerə, Sankt-Peterburq Dövlət Universiteti 41-dən 40-a yüksəldi. MFTİ 51-ci yerdən 46-cı yerə yüksəlmişdir. Reytinqləmədə yer alan universitetlərin əksəriyyəti Avropadandır. Reytinqdəki universitetlərin üçdə biri (% 33, 493 universitet) Avropa, üçdə biri Asiya universitetləridir. Rusiya universitetləri ümumi sayının yalnız 7% -ni təşkil edir. Latın Amerikası da eyni nəticəyə sahibdir.

Ümumən 101 Rusiya universiteti 2020-ci ilin bu reytinqləmə cədvəlində yer tutmuşdur.

Digər ölkələrin reytinqdə yer alan universitetlərinin sayı belədir:

ABŞ-dan 220 universitet, Çin-dən 122 universitet, Birləşmiş Krallıq -98 universitet, Yaponiya- 93 universitetlə təmsil edilir.




  1. Yüklə 22,66 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin