Universitetlərin Birinci missiyası: təhsil
Avropadan 13 universitet (Lomonosov Moskva Dövlət Universiteti daxil olmaqla) və ABŞ-dan 13, Çindən iki və Yaponiya və Hong Kongdan hərəsindən bir universitet "təhsil" meyarına görə ilk 30-a daxil edilmişdir. Avropalı tələbələr beynəlxalq olimpiadalarda Amerikalılardan 4 dəfə daha uğurla çıxış etmişlər.
Reytinqdəki Amerika universitetləri daha yaxşı maliyyələşir: onlar bir tələbə üçün Rusiyaya nisbətən 4 dəfə çox vəsait ayırır. Ali Təhsil səviyyəsi tələbə və müəllim sayının nisbətindən də asılıdır. Rusiyada bir müəllimə 9 tələbə düşür, Almaniya və Çində də 1 müəllimə 9 tələbə düşür. Bu, İngiltərədəkindən bir qədər yaxşıdır (hər müəllimə 11 tələbə), amma Amerikadan daha pisdir. ABŞ-da 1 müəllimə 8 tələbə düşür.
Dostları ilə paylaş: |