Azad Proqram Təminatı adı ilə bağlı bir məsələni aydınlaşdırmaq istəyirəm. Azad Proqram adı ingilis dilində Free Software olduğu üçün bir çoxları tərəfindən free sözünün bir çox fərqli mənasından sadəcə biri olan “pulsuz” mənasında qəbul edilir və yanlış anlaşılır. Free Software adındakı free, pulsuz deyil azad mənasındadır. Richard Stallman özü bu məsələni belə izah etmişdir: “Bir proqramı “azad” olaraq adlandırdığımız zaman, bunun mənası proqramın istifadəçinin əsas azadlıqlarına hörmət göstərməsidir: işlətmək, anlamaq, dəyişdirmək və kopyaları dəyişiklik edərək və ya etməyərəktekrar paylaşmaq azadlığı. Bu bir azadlıq məsələsidir, pul deyil, buna görə də “pulsuz pivə”("free beer") yerinə “söz azadlığını”("free speech") düşünmək lazımdır.”