Ünsiyyət qarşılıqlı təsir kim psixologiya


Ünsiyyətdə məna maneələri və onları doğuran səbəblər



Yüklə 24,62 Kb.
səhifə4/4
tarix03.11.2022
ölçüsü24,62 Kb.
#118931
1   2   3   4
Ünsiyyət qarşılıqlı təsir kim

Ünsiyyətdə məna maneələri və onları doğuran səbəblər. Psixoloji ədəbiyyatda ünsiyyətdə olan adamlar arasında münaqişənin səbəblərindən biri kimi məna maneəsinin yaranmasını qeyd edirlər. Belə ki, bəzən ünsiyyətdə olan tərəflərin baş verən hadisəyə verdikləri məna uyğun gəlmir və bu məna maneəsi kimi münaqişənin yaranmasına gətirib çıxarır.
Psixoloqlar müəyyən etmişlər ki, məna maneəsi həm ünsiyyətdə olan adamın qarşısında hansı tələbin qoyul­ma­sından asılı olmayaraq, konkret adama münasibətdə, həm də kimin irəli sürməsindən asılı olmayaraq, konkret tələbə münasibətdə özünü göstərə bilir. Məsələn, müəllim şagirdi onun davranışına uyğun olmayaraq, qeyri obyektiv cəzalan­dırdıqda şagirddə həmin müəllimə qarşı məna maneəsi ya­ra­nır. Bundan sonra müəllim nə qədər obyektiv hərəkət etsə də şagird onu qəbul edə bilmir. Konkret adama qarşı bu cür məna maneəsi müəllim tamamilə obyektiv, düzgün hərəkət etdiyi halda, şagirdin öz davranış motivini dərk edə bilmə­məsindən asılı olaraq da yarana bilir.
Konkret tələbə münasibətdə özünü göstərən məna maneəsi isə tamamilə başqa səbəblərdən irəli gələ bilir. Məsələn, müsbət nəticə vermədiyi halda tərbiyəçi eyni tələbi dəfələrlə irəli sürür. Nəticədə uşaq bu cür tələblərə o qədər alışır ki, onu bir növ qavramamağa başlayır.
Təcrübə göstərir ki, bu cür məna maneələrinin yaran­ması şagirdlərlə aparılan işin çətinləşməsinə, bir növ nəti­cəsiz qalmasına səbəb olur. Ona görə də müəllim birinci növbədə bu cür məna maneələrinin yaranmasının qarşısını almağa çalışmalıdır. Bu cəhətdən müəllim və tərbiyəçi üçün əsas problem zəruri təsir vasitəsini seçmək deyil, həm də rəftar və davranışını motivlərini, onun baxışlarını, münasibətlərini bilməkdir. Belə olduqda məna maneələrinin yaranmasının qarşısı alına bilir
Yüklə 24,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin