Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydalari



Yüklə 326,37 Kb.
səhifə1/10
tarix07.01.2022
ölçüsü326,37 Kb.
#85869
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   10

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı il 5 fevral

tarixli 37 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi,

onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi
QAYDALARI
1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir.



1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər:

1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi;

1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi;

1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması;

1.2.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması;

1.2.5. ailə üzvünün vəfat etməsi;

1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi;

1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi;

1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması.

1.3. Sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur:



  1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

  2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

  3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

  4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

  5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

  6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

  7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi;

  8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;

  9. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;

1.3.10. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi;

1.3.11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi;

1.3.12. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi;

1.3.13. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;

1.3.14. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;

1.3.15. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;

1.3.16. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu;

1.3.17. Azərbaycan Respublikasının Mərkəzi Bankı;

1.3.18. Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası;

1.3.19. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti;

1.3.20. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti;

1.3.21. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi;

1.3.22. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri.


Yüklə 326,37 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin