Uot 339. 9: 330. 15: 338. 47 XƏZƏr höVZƏSİ regionunun



Yüklə 0,5 Mb.
səhifə14/22
tarix01.01.2022
ölçüsü0,5 Mb.
#102776
növüXülasə
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
4.6.Proqnoz variantlar

Xəzərin hüquqi statusu məsələsinin həlli istiqamətində ehtimal edilən bir sıra proqnoz variantlar və inkişaf ssenariləri nəzərdə keçirilə bilər. Bunlar sırasında isə aşağıdakı üç variant daha çox diqqətə gətiriləndir:


I. Xüsusi beynəlxalq hüquqi status;

II. BMT-nin dəniz hüquqi konvensiyası əsasında modifikasiya olunmuş qapalı dəniz statusu;

III. Beynəlxalq məhkəmədə baxılması;

Birinci hal paket-kompleks və ya çərçivə həll prosedurlarını nəzərdə tutur. Bunun üçün ölkələr bir sıra məsələlərdə müvafiq razılaşmalar əldə etməlidirlər. Bu sırada bioloji və mineral resursların istismarı və onların sahilyanı dövlətlər arasında uyğun bölünməsi mexanizmlərinın təyin olunması daha vacibdir. Burada həmçinin, sahilyanı dövlətlərin Xəzərlə bağlı suveren hüquqlarının və müqabil yurisdiksiyalarının müəyyən olunması da zəruridir. Qarşılıqlı surətdə ekoloji problemlərin həlli, dəniz mühitinin qorunması, hərbi dəniz üzgüçülüyündə sahillayanı dövlətlərin hərbi təhlükəsizliyinin təmin edilməsi də bu sferada vacib şərtlidir. Bu məsələlərin hər biri isə yüksək səviyyəli regional əməkdaşlığın təşkili ilə ayrı-ayrı sazış və müqavilələrdə öz əksini taparaq daha çox paket və çərçivə sənədləşməsi predmeti ola bilər. Bu məsələlərə nəzər yetirdikdə bir də görünən odur ki, mineral resursların bölgüsü istisna olmaqla, qalan məsələlərin həllində xüsusi ziddiyyətlər yoxdur.


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin