Sxem: Dəniz və göl fərqliliklər üzrə təyinatlar Müəyyən edilən bu təyinatı Xəzərə şamil etdikdə görərik ki, o iki meyarda (I və V) qəti dəniz təyinatlıdır. İki meyar üzrə (II və III) isə qəti göldür. Bir meyar üzrə isə (IV) - ölçülərin nəhəngliyi baxımından ən iri sahəli və sututumlu nadir göldür. Bütün bu coğrafi əlamətlər üzrə müvafiq ümumiləşdirmələr apardıqda müəyyən etmək olar ki, Xəzərin dəniz və ya göl olması qəti təyinatlı deyildir. Buna görə də, onun status məsələsinə tamlıqla coğrafi meyarlarla deyil, digər aspektlərdən də yanaşılmalıdır.