296) Böyrəyin distopiyası diaqnozu hansı müayinələrə əsaslanır?
A) Ekskretor uroqrafiya və angioqrafiya
B) Ultrasəs müayinəsi
C) Ekskretor uroqrafiya
D) Angioqrafiya
E) Bütün sayılanlar düzdür
Ədəbiyyat: Лопаткин Н.А.,Пугачов А.Г. Урология,Москва,Медицина,1988,446с.
297) Böyrəklərin simmetrik birləşmələrinə aiddir?
A) L-vari böyrək
B) S-vari
C) İ-vari
D) Y-vari böyrək
E) Nalvari və qaletəbənzər böyrək
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
298) Nalvari böyrəklərdə qütblərin birləşmə variantları?
A) Aorta və aşağı boş venanın arxasında qütblərin boyuncuqla birləşməsi
B) Aşağı qütblərin parenximatoz boyuncuqla
C) Ancaq fibroz toxuma ilə birləşmə
D) Hamısı düzdür
E) Yuxarı qütblərin, boyuncuq ilə
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
299) Nalvari böyrəyin fəsadları içərisində sadalananlardan hansı birinci yerdədir?
A) Pielonefrit
B) Arterial hipertenziya
C) Sidikdaşı xəstəliyi
D) Hematuriya
E) Hidronefroz
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
Dostları ilə paylaş: |