302) Böyrəyin solitar kistasının patogenezi nə ilə əlaqəlidir?
A) Kasacıqların obstruksiyasi
B) Piyelonefrit
C) Kanalcıq okklüziyası (anadangəlmə ilə və ya qazanılmış), sidiyin retensiyası
D) Bütün sayılanlar düzdür
E) Böyrək toxumasının işemiyası
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
303) Kistanın punksiyası və kistoqrafiyası hansı ardıcıllıqla aparılır?
A) Kistanın punksiyası,kistanın möhtəviyyatının aspirasiyası, sitoloji və bakterioloji müayinənin aparılması, rentgenkontrast mayenin kista boşluğundan evakuasiyası, kistanın boşluğuna sklerozlaşdırıcı məhlulun yeridilməsi
B) Kistanın punksiyası, kistanın möhtəviyyatının aspirasiyası, sitoloji və bakterioloji müayinənin aparılması, rentgenkontrast mayenin kistanın boşluğuna yeridilməsi, rentgenkontrast mayenin kista boşluğundan evakuasiyası
C) Kistanın punksiyası, rentgenkontrast mayenin kistanın boşluğuna yeridilməsi, sitoloji müayinənin aparılması, rentgenkontrast mayenin kista boşluğundan evakuasiyası, kistanın boşluğuna sklerozlaşdırıcı məhlulun yeridilməsi
D) Kistanın punksiyası, kistanın möhtəviyyatının aspirasiyası, rentgenkontrast mayenin kistanın boşluğuna yeridilməsi, rentgenkontrast mayenin kista boşluğundan evakuasiyası, sitoloji və bakterioloji müayinənin aparılması, kistanın boşluğuna sklerozlaşdırıcı məhlulun yeridilməsi
E) Kistanın punksiyası, rentgenkontrast mayenin kistanın boşluğuna yeridilməsi, kistanın möhtəviyyatının aspirasiyası, rentgenkontrast mayenin kista boşluğundan evakuasiyası,bakterioloji müayinənin aparılması
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
Dostları ilə paylaş: |