458) Xroniki pielonefrit nəyə şərait yaradır?
A) Urodinamiki pozğunluğa
B) Sidiyin qatılığının artmasına
C) Böyrəkdən limfa axınının pozulmasına
D) Bütün sadalananlara
E) Sidiyin pH-ın sabitliyinin pozulmasına
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г.
459) Böyrək daşının əmələ gəlməsinə daha çox nə səbəb olur?
A) Böyrək daxili ləyən və böyrəkdən limfa axınının pozulması
B) Xroniki qlomerulonefrit
C) Böyrək xarici ləyən
D) Böyrək hipoksiyası
E) Arterial hipertenziya
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
460) Sidik daşlarının yaranmasına və inkişafına təsir etməyən faktorlara nə aiddir?
A) Sidikdə oksalatın, sidik turşusunun, kalsiumun konsentrasiyasının yüksək olması
B) Urostaz
C) Qanda Na və kreatinin səviyyəsinin yüksək olması
D) Sidikdə müdafiə kolloidlərinin olmaması və ya konsentrasiyasının aşağı olması
E) Sidiyin yüksək qatılığı
Ədəbiyyat: Урология. Пер. с англ. Резник М.И., Шеффер Э. Дж. М. - Спб.: ЗАО "Издательство БИНОМ" "Невский диалект", 2002. 264 С.
461) Oksalat duzlarının kristallizasiyası üçün sidiyin optimal pH-ı neçə olmalıdır?
A) 7,5
B) 6,9
C) 3,5
D) 5,5
E) 8,8
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989.
Dostları ilə paylaş: |