492) Urodinamik pozğunluq olmadan böyrək ləyəninin 10x10mm ölçülü fosfat daşı, xroniki latent pielonefritdə daha məqsədəuyğun müalicə üsulu hansıdır?
A) Dəridən punksion nefrolitolapaksiya
B) Müdaxilə göstəriş deyil
C) Zərbə-dalğalı litotripsiya
D) Pielolitotomiya
E) Litoliz
Ədəbiyyat: Оперативная урология. Хинман Ф., Пер. с англ. - М.: Геотар-Мед. 2003. - 1192 С.
493) Böyrək ləyəninin 20x18 mm ölçülü urat daşı, xroniki pielonefrit aktiv faza, pedinkulit, periureterit, hidrokalikozda müalicə üçün nə tətbiq etmək lazımdır?
A) Punksion nefrolitotomiya
B) Antibakterial terapiya, operativ müdaxilə olmadan
C) Litoliz
D) Zərbə-dalğalı litotripsiyanı
E) Pielolitotomiya, ureteroliz
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
Dostları ilə paylaş: |