512) 40 yaşlı xəstədə sidik axarının aşağı üçdə birində 5-10mm ölçüdə fosfat daşı, 4 aydır ki, mülayim pieloektaziyası var. Ona nə göstərişdir?
A) Kontakt litotripsiya
B) Zərbə-dalğalı litotripsiya
C) Ureterolitotomiya
D) Zərbə-dalğalı litotripsiya, kontakt litotripsiya
E) Konservativ müalicəni davam etdirməli
Ədəbiyyat: Урология. Пер. с англ. Резник М.И., Шеффер Э. Дж. М. - Спб.: ЗАО "Издательство БИНОМ" "Невский диалект", 2002. 264 С.
513) Uretereselenin urodinamikanı pozmayan 12*12mm ölçüdə daşında daha çox nə məqsədəuyğundur?
A) Ureteroselenin sidik axarı kateterində transuretral elektrobıçaqla (elektrokoaqulyasiya) kəsilib götürülməsi
B) Zərbə- dalğalı litotripsiya
C) Ureteroselenin transvezikal kəsilib götürülməsi
D) Kontakt litotripsiya
E) Müdaxilə etməmək
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
Dostları ilə paylaş: |