547) Vahid böyrəyin sidik axarının 5 mm-lik daşı, 12 saatlıq anuriyada nə tətbiq etmək lazımdır?
A) Venadaxili laziks və ya təjili nefrostomiya və ya punksion nefrostomiya eyni əhəmiyyətlidir
B) Təcili nefrostomiya
C) Sidik axarının kateterizasiyası
D) Venadaxili laziks
E) Punksion nefrostomiya
Ədəbiyyat: Оперативная урология: руководство для врачей ./ ред.Н.А.Лопаткин, И.П.Шевцов/.- Л.: Медицина.-1986.
548) Poliklinikada xəstəyə sidik axarının daşı, böyrək sancısı, kəskin seroz pielonefrit diaqnozu qoyulmuşdur. Ona nə məsləhət görmək lazımdır?
A) Təcili uroloji stasionara yerləşdirmək
B) Poliklinikada təcili ekskretor uroqrafiya
C) Evdə antibakterial, spazmolitik müalicəni davam etdirmək və ya poliklinikada sidik axarlarını kateterizasiya etmək və ya poliklinikada təcili ekskretor uroqrafiya eyni əhəmiyyətlidir
D) Evdə antibakterial, spazmolitik müalicəni davam etdirmək
E) Poliklinikada sidik axarlarını kateterizasiya etmək
Ədəbiyyat: Оперативная урология: руководство для врачей ./ ред.Н.А.Лопаткин, И.П.Шевцов/.- Л.: Медицина.-1986.
Dostları ilə paylaş: |