575) Böyrək cırılmasına görə əməliyyatdan sonra daha çox məqsədə uyğundur?
A) Peritonarxası sahəni drenaj etməklə yaranın 8 vari ipək sapla tikilməsi
B) Bel nahiyəsindəki yaraya ikincili tikiş
C) Yaranın qapalı tikilməsi
D) Peritonarxası sahəni drenaj etməklə yaranın qatbaqat tikilməsi
E) Yaranın açıq aparılması
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
576) Böyrək travmasından sonraki arterial hipertenziyanın səbəbi nədir?
A) Böyrəkətrafı və subkapsuldar hematoma nəticəsində böyrək parenximasının sıxılması
B) Bu amillərdən heç birisi
C) Böyrəyi qidalandıran damarların zədələnməsi
D) Böyrək sinusunun toxumalarına daxil olmaqla böyrək qapısı nahiyəsində hematoma və böyrəyi qidalandıran damarların zədələnməsi
E) Böyrək sinusunun toxumalarına daxil olmaqla böyrək qapısı nahiyəsində hematoma
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A., Urologiya 1989
577) Böyrək travmasından sonra sadalananlardan biri istisna olmaqla bütün göstərilənlərin baş verməsi mümkündür?
A) Hidronefrozun
B) Nefroptozun
C) İrinli pielonefritin
D) Nefrolitiazin
E) Şişlərin
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
Dostları ilə paylaş: |