591) Sidikliyin peritondaxili travmasının əlamətləri aşağıdakılardır?
A) Qarının ön divarı əzələlərinin gərginliyi və qarının ön divarının toxumalarının şişkinliyi
B) Siyimənin və siyiməyə çağırışın uzun müddət olmaması
C) Siyimənin və siyiməyə çağırışın uzun müddət olmaması və qarının ön divarının perkusiyasında qasıq üstü nahiyyədə timpanik səsin eşidilməsi
D) Qasıq üstündə tam dolmuş sidikliyin palpasiyası
E) Qarının ön divarının perkusiyasında qasıq üstü nahiyyədə timpanik səsin eşidilməsi
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
592) Sidikliyin peritonxarici zədələnməsində vacib lazım olan rentgenoqrafik müayinə hansıdır?
A) Adi uroqrafiya
B) Uretroqrafiya
C) Sistoskopiya
D) Retroqrad ureterosistoqrafiya
E) Pnevmosistoqrafiya
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
593) Sidikliyin peritonxarici cırılmasına şübhə olduqda vacib olmayan müayinə üsulu hansıdır?
A) Sidikliyin kateterizasiyası
B) Qalxan sistoqrafiya
C) Retroqrad ekskretor uroqrafiya
D) Zeldoviç sınağı
E) Ekskretor uroqrafiya
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
594) Sidikliyin travmasına görə sistoqrafiya zamanı sidikliyə yeridilən kontrast maddənin miqdarı neçə ml.-dən artıq olmamalıdır?
A) 200-300 ml
B) 30-50 ml
C) 380-400 ml
D) 100-150 ml
E) 10-12 ml
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
Dostları ilə paylaş: |