602) Böyrək damarlarının zədələnməsində (qırılmasında) nə müşahidə olunmur?
A) Hematuriya
B) Nəbzin pisləşməsi
C) Şok
D) Arterial təzyiqin düşməsi
E) Anemiya
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
603) Böyrəklərin izolə olunmuş instrumental zədələnmələrinin əsas müalicəsi nədir?
A) Ancaq dərmanlarla
B) Cərrahi
C) Konservativ
D) Perkutan nefrostomiya tələb edir
E) Müalicə tələb etmir
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
604) Uretranın dəlib keçən yarası hansılardır?
A) Uretranın bütün qatlarının məhdud və ya total şəkildə cırılması
B) Fibroz qişa və mağaralı cismin cırılması
C) Selikli qişanın cırılması
D) İnstrumental cırılma
E) Selikli qişa və mağaralı cismin cırılması
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
Dostları ilə paylaş: |