971) Xayanın aralıq ektopiyası üçün nə xarakterikdir?
A) Xaya dərialtı yerləşir və qasıq kanalı boyu yerini dəyişir
B) Xaya dərialtı yerləşir və buda doğru yerini dəyişir
C) Xaya sərbəst olaraq xayalığa düşür
D) Xaya palpasiya olunmur
E) Xaya aralıqda təyin olunur
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
972) Xayanın yalançı retensiyasını əmələ gətirən səbəb hansıdır?
A) Antenatal patologiyalar
B) Kremaster refleksin yüksək olması
C) Hipofiz-hipotalamus səviyyəsində hormonal requlyasiyanın pozulması
D) Hormonal disbalans
E) Xayanın enmə prosesinin pozulması
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
973) Silikon endoprotezlə xayanın protezləşdirilməsinin məqsədləri arasında hansı birindən başqa qalanları düzgündür?
A) Fertilliyin bərpası
B) Sosial adaptasiyanın yaxşılaşdırılması
C) Kosmetik qüsurların bərpası
D) Psixopatiyanın profilaktikası
E) Dismorfofobik həyəcanlanmanın profilaktikası
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
Dostları ilə paylaş: |