514) 55yaşlı xəstədə böyrəyin çoxlu daşları, xroniki pielonefrit aktiv fazada, ikincili büzüşmüş böyrəkdir. 2 ildir ki, arterial hipertenziyası var. Ona nə göstərişdir?
A) Punksion nefrostomiya
B) İltihab əleyhinə, ambulator hipotenziv müalijə
C) Pielolitotomiya, nefrostomiya
D) Nefrektomiya
E) Zərbə-dalğalı litotripsiya
Ədəbiyyat: Оперативная урология. Классика и новации: руководство для врачей. Л.Г.Манагадзе, Н.А.Лопаткин, О.Б.Лоран, Д.Ю.Пушкарь, С.П.Даренков, Н.Л.Турманидзе, Р.Гогенфеллнер. М.: Медицина, 2003.-740с.;ил.
515) Böyrək ləyəninin 20*25mm daşı, eyni tərəfdən sidik axarının aşağı üçdə birinin 14*8mm ölçüdə daşı, böyrək funksiyasının saxlanması ilə xroniki pielonefritin aktiv fazasında nə göstərişdir?
A) Ureterolitoekstraksiya+pielolitotomiya
B) Böyrək daşının zərbə-dalğalı litotripsiyası
C) 2 kəsikdən ureterolitotomiya, pielolitotomiya və nefrostomiya
D) İzrael kəsiyi ilə pielolitotomiya və ureterolitotomiya
E) Uzunmüddətli antibakterial və spazmolitik müalicə
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989.
Dostları ilə paylaş: |