539) Xəstədə sağ böyrək ləyənində urat, solda oksalat olmaqla hər iki tərəfdə 25*20 mm ölçüdə daşdır. Ona nə məsləhət görmək olar?
A) Eyni vaxtda ikitərəfli pielolitotomiya
B) İkitərəfli zərbə-dalğalı litotripsiya
C) 1-2 ay intervalla ardıcıl pielolitotomiya
D) Soldan punksion nefrolitolapaksiya və sağdan litoliz
E) Sağdan urat daşını həll etməyi, ikinci etapda zərbə-dalğalı litotripsiya və ya pielolitotomiyanı
Ədəbiyyat: Трапезникова М. Ф., Дутов В. В. Рамки применения ДУВЛ-монолитотрипсии при коралловидных камнях почек Врачебное сословие. 2005.; 7: 4-6.
540) 45 yaşlı xəstədə ikitərəfli mərcanvari daş, xroniki latent pielonefritdir.Ləyən böyrəkxarici tipdir.Ona nə məsləhət görmək olar?
A) Cərrahi müdaxilə göstəriş deyil
B) Bir tərəfdən pielolitotomiya, nefrostomiya, 2-3 aydan sonra o biri tərəfdən
C) Eyni vaxtda ikitərəfli pielokalikolitotomiya, nefrostomiya
D) İkitərəfli zərbə-dalğalı litotripsiya
E) Eyni vaxtda ikitərəfli pielokalikolitotomiya, nefrostomiya və ikitərəfli zərbə-dalğalı litotripsiya eyni dərəjədə əhəmiyyətlidirlər
Ədəbiyyat: Руководство по клинической урологии Пер. с англ. Под ред. Ф.Ханно, С.Б.Малковича, А.Дж.Уэфна - М.: Медицинской информационного агенство, 2004. - 328 С.
541) Sidik axarının yuxarı üçdə birinin 10 mm daşı, kəskin seroz pielonefritdə nə tətbiq etmək lazımdır?
A) Sidik axarına stent qoyulması
B) Konservativ, antibakterial terapiyanı davam etdirməyi
C) Təcili ureterolitotomiya, böyrəyin təftişini
D) Təcili nefrektomiyanı
E) Təcili kontakt litotripsiya
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
Dostları ilə paylaş: |