822) Hamiləlik zamanı tədbiqi mümkin olan antibakterial preparatlar hansılardır?
A) Sefalosporinlər
B) Penisillinlər
C) Sefalosporinlər və penisillinlər
D) Ftorxonolonlar, sefalosporinlər, penisillinlər
E) Ftorxinolonlar
Ədəbiyyat: Кан Д. В. Руководство по акушерской и гинекологичекой урологии- 2-ое издание- М: 1986
823) Hamiləliyin I trimestrində hansıları təyin etmək olar?
A) Penisillinlər
B) Sefalosporinlər
C) Nitrofuranlar
D) Xinolonlar
E) Sulfanilamidlər
Ədəbiyyat: Кан Д. В. Руководство по акушерской и гинекологичекой урологии- 2-ое издание- М: 1986
824) Hamiləlik pielonefritində antibiotikoterapiya necə aparılmalıdır?
A) Klinik vəziyyət normallaşana qədər, sidiyin əkilməsinin 2 dəfəlik mənfi nəticə alınana qədər, sidik analizi normallaşana qədər
B) Klinik vəziyyət normallaşana qədər
C) Sidiyin əkilməsinin 2 dəfəlik mənfi nəticə alınana qədər
D) Qısa kurslarla
E) Sidik analizi normallaşana qədər
Ədəbiyyat: Кан Д. В. Руководство по акушерской и гинекологичекой урологии- 2-ое издание- М: 1986
825) Hamiləlik zamanı sidik daşı xəstəliyinin planlı operativ müalıcəsinin optimal müddəti nə qədərdir?
A) Hamiləliyin IV – VIII həftəsi
B) Hamiləliyin XIV-XVIII həftəsi
C) Hamiləliyin I – III həftəsi
D) Hamiləliyin XIX-XX həftəsi
E) Hamiləliyin IX –XII həftəsi
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
826) Xarici cinsiyyət orqanlarının şişi zamanı sidik sistemindəki dəyişikliklər nədən asılıdır?
A) Bütün sadalananlar
B) Cinsiyyət üzvü şişinin lokalizasiyasından
C) Hormonal dəyişiklikdən
D) Neyrohumoral təsirdən
E) Cinsiyyət üzvü şişinin ölçüsündən
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
827) Uşaqlıq mioması zamanı operativ müalicə nə vaxt mütləq göstərişdir?
A) Sistitdə
B) Piyelonefritin tez-tez kəskinləşməsi və urodinamik pozğunluqlarında
C) Sistit və dizuriya
D) Dizuriyada
E) Sistalgiyada
Ədəbiyyat: Н. А. Нечипоренко, М. В. Кажина, В. В. Спас. Урогинекология 2005.
828) Ginekolojı əməliyyatlar zamanı sidik axarının aşağıda göstərilən zədələnmələrindən hansı mümkündür?
A) Кəsilməsi
B) Sıxılması
C) Bağlanması
D) Terminal hissəsinin çıxarılması
E) Sadalananların hamısı
Ədəbiyyat: Н. А. Нечипоренко, М. В. Кажина, В. В. Спас. Урогинекология 2005.
829) Əməliyyat zamanı sidik axarının zədələnməsi müəyyən edilərkən cərrahi taktika necə olmalıdır?
A) Peritonun tamlığının bərpası
B) Sidik axarı tamlığının bərpası
C) Sadalananların hamısı
D) Sidiyin derivasiyası
E) Peritonarxası sahənin drenajı
Ədəbiyyat: Н. А. Нечипоренко, М. В. Кажина, В. В. Спас. Урогинекология 2005.
Dostları ilə paylaş: |