Bölmə 12. Andrologiya və seksopatologiya
867) Monorxizm nədir?
A) Xayanın qonad aqeneziyası
B) Xayanın birtərəfli burulması
C) Birtərəfli kriptorxizm
D) Hermafroditizm
E) Xayanın birtərəfli aqeneziyası
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
868) Anorxizm nədir?
A) Anadangəlmə xayaların hipoplaziyası
B) Qonad aqeneziyası
C) Hermafroditizm
D) Feminələşici xayaların sindromu
E) Xayaların ikitərəfli enməməsi
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
869) Sinorxidizm nədir?
A) Xayaların peritondaxili bitişməsi
B) Xayalardan birinin xayalıqda olmaması
C) Xayaların hipoplaziyası
D) Xayaların anadangəlmə yoxluğu
E) Xayaların çarpaz bitişməsi
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
870) Həqiqi hermafroditizmdə cinsiyyət vəzilərinin differensasiyasının pozulması nə zaman mümkündür?
A) XX/XY, XX/XXY, XX/XXYY xromosom mozaikasında
B) Düz 46XX və 46XY kariotiplərində və XX/XY, XX/XXY, XX/XXYY xromosom mozaikasında
C) 45XO kariotipində
D) Düz XX/XY, XX/XXY, XX/XXYY xromosom mozaikasında və 45XO kariotipində
E) 46XX və 46XY kariotiplərində
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
Dostları ilə paylaş: |