941) Uşaqlarda adı çəkilən qüsurlardan hansında sidiyin axması olur?
A) Total epispadiya
B) Uretranın arxa klapanı
C) Aralıq hipospadiyası
D) Ektopik ureterosele
E) Subsinfizar epispadiya
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
942) Arxa uretranın klapanında daha ağır klinik gedişat hansı yaş üçün xarakterikdir?
A) Yenidoğulmuş və südəmər uşaqlar
B) 3-5 yaş
C) 7 yaş
D) 7 yaşdan yuxarı
E) 1-3 yaş
Ədəbiyyat: Детская урология: Пугачев А. Г., руководство для врачей- М: Геотар-Медиа 2009
943) Qeyd olunan infravezikal obstruksiyalardan hansı biri yuxarı sidik yollarında daha ağır anatomo-funksional pozğunluqlara gətirib çıxarır?
A) Sidik kisəsi boynunun sklerozu
B) Toxum təpəciyinin hipertrofiyası
C) Uretranın daşı
D) Meatostenoz
E) Uretranın anadangəlmə klapanı
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
944) Uşaqlarda arxa uretranın klapanının diaqnostikasında adı çəkilən tədqiqat üsullarından hansı biri düzgündür?
A) Miksion sistouretrokinematoqrafiya (və ya teleskopiya)
B) Sistoskopiya
C) Uretroskopiya
D) Miksion sistouretroqrafiya
E) Polipozision sistoqrafiya
Ədəbiyyat: Urological surgery. Sam D. Graham, Jr, M. D Virginia Urology Center Richmond 2006
945) Uşaqlarda sidiklik-sidik axarı reflyuksunun cərrahi müalicəsində antireflyuks müdafiəsinin əsas şərti hansıdır?
A) Sidik kisəsinin yerli iltihabi-trofik dəyişiklərinin olmaması
B) Yeni yaradılmış selikaltı tunelin Lyeto üçbucağına çatdırılması
C) Böyrək fəaliyyətinin bərpası
D) Sidik axarının intravezikal hissəsinin müvafiq uzunluğu
E) Sidik kisəsinin neyrogen mənşəli pozğunluqlarının olmaması
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
Dostları ilə paylaş: |