USAID Mərkəzi və Şərqi Avropa və Avrasiya ölkələrində QHT Davamlılıq İndeksi üzrə 15-ci hesabatını (QHT Dİ) təqdim edir Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) Qeyri-Hökumət Təşkilatlarının Davamlılıq İndeksi (QHT Dİ) – hazırda Vətəndaş Cəmiyyəti Təşkilatlarının Davamlılıq İndeksi (VCT Dİ) adlanan və regionda bir çox müxtəlif sahələrdə mənfəətsiz fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının işinə həsr olunmuş 15-ci hesabatını açıqladı. Bu ilki hesabat 2011-ci təqvim ilində vətəndaş cəmiyyətinin inkişafı məsələlərini əhatə edir. İndeks son 15 il ərzində 29 ölkədə VCT sektorunda baş verən dəyişiklikləri izləyir. İndeks hüquqi mühit, təşkilati bacarıqlar, maliyyə imkanları, ictimai məlumatlandırma, xidmətlərin təchizatı, infrastruktur və ictimai imic sahələrinə diqqət yetirərək vətəndaş cəmiyyətinin mövcud olduğu mühiti araşdırır.
2011-ci ildə QHT sektorunda davamlılıq sahəsindəki dəyişikliklər bütün dünya üzrə pisləşən iqtisadi vəziyyəti əks etdirib. VCT-nin imkanlarına həm daxili, həm də beynəlxalq sahədə siyasi dəyişikliklər də nəzərəçarpacaq dərəcədə təsir edib. Ölkə daxili cəbhədə bir çox ölkələrdə 2011-ci ildə keçirilən seçkilər VCT-nin fəaliyyət göstərdiyi mühiti dəyişib. Eyni zamanda, namizədlərə seçicilər üçün əhəmiyyətli məqamlara toxunmaqla bağlı təsir göstərməklə, seçiciləri maarifləndirməklə, səsverməni monitorinq etməklə VCT-lər seçki prosesində bir çox hallarda vacib rol oynayırlar. Beynəlxalq səviyyədə Avropa İttifaqı cənub ölkələrinin quruma daxil edilməsi ilə bağlı danışıqlarda strategiyanın formalaşması işinə VCT-ləri cəlb eləməklə bütün regionda oynadığı aparıcı rolu davam etdirdi. Azərbaycanda su daşqınlarının yaratdığı nəticələri aradan qaldırmaq, Bosniyada qadınların iqtisadi cəhətdən güclənməsini dəstəkləmək və ya hüquqi yardım göstərmək, Tacikistanda tibbi problemlərə diqqət yetirmək və ya Rusiyada əlillərin hüquqlarının təmini və müdafiəsi işinə qoşulmaqla Avropa və Avrasiya VCT-ləri öz ölkələrinin üzləşdikləri çətinliklərə fəal şəkildə cavab verirlər.
İqtisadi və Sosial İnkişaf Mərkəzi Azərbaycan üzrə VCT Dİ-nin hazırlanmasında USAID-lə əməkdaşlıqdan məmnundur.
Hesabatın Azərbaycan üzrə tam mətni ilə burada tanış ola bilərsiniz:
Azərbaycanca