Eşitmə orqanının quruluşu və funksiyaları.
İnsan və məməli heyvanlarda eşitmə üzvü üç şöbədən ibarətdir:xarici qulaq, orta qulaq və daxili qulaq.
Xarici qulaq- qulaq seyvanından və xarici qulaq keçəcəyindən ibarətdir. Qulaq keçəcəyi gicgah sümüyünün içərilərinə qədər gedir.Qulaq seyvanı havanın səs dalğalarını tutur və bunları xarici qulaq keçəcəyinə verir ki, bunun da axırında təbil pərdəsi yerləşir. Təbil pərdəsi tarım çəkilmiş vəziyyətdədir, səs dalğaları pərdəni rəqsi hərəkətə gətirir. Pərdənin rəqsi hərəkətinin amplitudası səs dalğalarının gücündən asılı olaraq mütənasib surətdə artıb-azala bilir. Xarici qulaqda səs keçəcəyinin uzunluğu 2,5 sm, həcmi isə 1 sm3 -ə bərabər olur.Qeyd etmək lazımdır ki, səs dalğaları keçəcəkdə dəyişmədən və asanlıqla orta qulağa keçən təbil pərdəsinə ötürülür.
Orta qulaq- təbil pərdəsinin arxasında yerləşmiş kiçik kameradan ibarətdir və içərisində hava var.Xarici və orta qulaqda atmosfer təzyiqinin bərabərliyini tənzimləyən Yevstaxi borusu başlanğıcını orta qulaqdan götürərək burun- boğaz boşluğuna açılır.Orta qulaq kamerasında bir- birilə çox mütəhərrik şəkildə birləşmiş üç kiçik eşitmə sümükləri – çəkic, zindan, və üzəngi ayırd edilir. Çəkic təbil pərdəsinə söykənmiş,üzəngi isə daxili qulağın sərhəddində yerləşmiş oval pəncərənin membranı ilə birləşmişdir. Hər hansı səs dalğaları çəkic sümüyünü dalğalandırır-hərəkətə gətirir,çəkic həmin dalğanı zindana,zindan isə üzəngi sümüyünə ötürməklə qıcıq daxili qulağın oval pəncərəsinə ötürülür.Orta qulaq 3,5 sm uzunluğunda olan eşitmə borusuyla (buna Yevistaxi kanalı deyirlər) burun-udlaqla əlaqədar olur.Qeyd etmək lazımdır ki,bunun mühüm fizioloji əhəmiyyəti var.İnsan yüksək dağa çıxdıqda,təyyarə ilə səmaya qalxdıqda və yaxud yaxınlıqda güclü partlayış olduqda orta qulaqla xarici mühit arasındakı təzyiqlər fərqi məhz bu boru vasitəsilə tənzim olunur.Yaxınlıqda güclü partlayış zamanı adam ağzını açmalıdır ki,təzyiqlər fərqi bərabər olsun.Əgər ağız açıq olmazsa,təbil pərdəsinə olan yüksək təzyiq nəticəsində o partlayır,bu isə karlıqla nəticələnir.
Daxili qulaq kəllə boşluğuna girən gicgah sümüyünün içərisində yerləşir. O, boşluqlar və (qıvrılmış) kanallar sistemindən ibarətdir. Bu sümük labirintdir.Labirintin içərisində isə birləşdiricii toxumadan ibarət pərdəli labirint olur.Sümük və pərdəli labirintlər arasında perilimfa mayesi,pərdəli labirintin özünün içərisində isə endolimfa olur.Daxili qulağı orta qulaqdan ayıran oval pəncərədir.Sümük labirint üç hissədən ibarətdir.Mərkəzi hissəsi qapı önü,ön tərəfi ilbiz,arxa tərəfi isə yarımdairəvi kanallar adlanır.Bu mürəkkəb labirintdə ancaq spiral şəklində burulmuş ilbiz eşitmə funksiyası ilə əlaqədardır. Onun o biri hissələri bədənimizin müvazinətini saxlmaqda mühüm rol oynayır.
İlbiz iki yarım dəfə spiral şəklində burulmuş sümük kanaldan ibarətdir.Sümük kanalın diametri əsasında 0,04mm,zirvəsində isə 0,5mm-dir.Sümük spiralın əsas oxundan lövhə keçərək onu iki hissəyə bölür.Orta kanalın-ilbizin spiralı boyunca səsi qəbul edən aparatı yerləşir.Buna spirallar və yaxud Kortiyev(kəşf edən alimin adı) orqanı adı verilib.Korti üzvündə beş sıra kirpikli hüceyrə var.Kirpikli hüceyrələrin üzərində vektorial membran adlı başqa bir membran yerləşmişdir.
Pərdənin rəqsi hərəkətləri oval pəncərə vasitəsilə daxili qulağın içərisindəki mayeyə verilir,maye isə öz növbəsində eyni tezlikli rəqsi hərəkətlər etməyə başlayır. Maye dalğalanaraq ilbizdəki reseptorları qıcıqlandırır.İlbiz kanalı boyunca arakəsmə keçir və bu,ilbizi iki “mərtəbəyə” bölür.Bu arakəsmənin hər bir hissəsi müxtəlif uzun-luqda nazik liflərdən əmələ gəlmişdir ki,bunların sayı 24 000-ə qədərdir.İlbizin əsasında gödək liflər,zirvə hissəsində isə ən uzun liflər olur.Xüsusi neyronların dendritlərlə kirpikli hüceyrələr arasında sinapslar vasitəsilə rabitə yaranmış olur.Eşitmə sinirinin lifləri bu neyronların aksonlarından (uzun çıxıntılarından) təşkil olunmuşdur.Məhz eşitmə siniri də vestibulyar (müvazinət) sinirilə ilbizin sinir liflərindən təşkil olunmuşdur.Bu sinirin tərkibində təxminən 30 minə yaxın sinir lifi olur.
Bu sinir liflərinin hər biri ayrılıqda iki kirpili hüceyrə sinir impulsunu qəbul edir.Qəbul edilmiş bu impulslar həmin lifin özünə uyğun olan səs dalğalarıdır ki,bu dalğaları aralıq və uzunsov beyindəki neyron dəstəsinə ötürür,bu sinir impulsları beyin qabığının mərkəzi eşitmə sahəsinə(gicgah payı) verilir.
Dostları ilə paylaş: |