Eşitmə aktının fizioloji mexanizmi.
Səs dalğaları xarici qulağın səs keçəcəyindən keçərək təbil pərdəsinə çatıb,rəqsi hərəkətlər yaradaraq,onları çəkic,zindan və üzəngi sümüklərinə ötürür.Bu sümüklərdən keçərək oval pəncərənin membranına çatır ki,bu membranın rəqsi hərəkətlərinin yaran-masına səbəb olur.Oval pəncərənin membranında rəqsi hərəkətlər 60-70 dəfə kiçilir. Ancaq bu rəqslərin tezliyi və qüvvəsi 60-70 dəfə artır.Rəqsi hərəkətlər bu membrandan ilbizə daxil olaraq onun üst və alt kanallarındakı perilimfaya ötürülür.Dalğalar bazilyar membranın müvafiq sahəsində birləşmiş kirpikli hüceyrələri hərəkətə gətirir və onların membranında oyanma baş verir.Axırıncı olaraq bu oyanmalar sinir impulslarına çevrilə-rək müvazinət-eşitmə siniri vasitəsilə eşitmə mərkəzi sahəsinə çatdırılır.
Vestibulyar (müvazinət)analizatoru.
Bədənimizin hansı vəziyyətdə olduğunu və onun yerdəyişməsini hiss edir və qavra-yırıq.Biz hər hansı bir yıxılma anında vəziyyəti başa düşənə qədər,bədənimizin bir sıra əzələləri yığılaraq onu normal vəziyyətə qaytarır.
Müvazinət orqanı-vestibulyar aparat tərəfindən bədənimizin vəziyyətinə nəzarət edilir.Məs;idmanla məşğul olanlar onun köməkliyi ilə mürəkkəb hərəkətlər edir.Vestibul-yar aparat bir müstəvidə yerləşən və bir-birilə perpendikulyar olan üç yarım dairəvi kanal,dairəvi və oval kisəcikdən ibarətdir.
Fəzada bədənimizin vəziyyətini,xətti və bucaq təcilini daxili qulaqdakı kisəciklərin və yarımdairəvi kanalların reseptorları qavrayır.Onların boşluğunda maye,divarında isə çoxlu reseptor hüceyrələr vardır.Başın və bədənin hər hansı hərəkəti zamanı maye yerini dəyişib yarım dairəvi kanallardan birinə dolub tükcüklərə təzyiq edərək,reseptorla-rı oyadır.Oyanma yəni bədənin vəziyyətinin dəyişməsi haqqındakı məlumat baş beyinə daxil olur.Kisəciklərin divarında da uclarında hissedici tükcükləri olan reseptor hüceyrə- lər vardır.Həmin reseptor hüceyrələrin hissedici hüceyrələrinin tükcuklərinə xüsusi əhəng kristalları (otolitlər) təsir edir.Ona görə də dairəvi və oval kisəciklərə otolit üzvü də deyilir.
Başın və bədənin hər hansı hərəkəti zamanı bədənimizin vəziyyətinin dəyişməsi mayenin və əhəng kristallarının yerini dəyişməsinə səbəb olur.Və nəticədə kisəciklərin və yarımdairəvi kanalların reseptorları oyanır.Bu vaxt əmələ gələn sinir impulsları vestibulyar sinir ilə baş beyinə ötürülür.Nəticədə bədənimizin əzələlərinin yığılması və açılması sayəsində müvazinət tənzim olunur.
Dostları ilə paylaş: |