555) Yalançı kriptorxizmin səbəbi nədir?
A) Kremaster refleksinin güclənməsi
B) Travmatik səbəb
C) İLtihabi səbəb
D) Hormonal çatışmamazlıq
E) Mexaniki səbəb
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 586
556) İnfravezikal obstruksiya nədir?
A) Sidik yollarının infeksion xəstəlikləri qrupu
B) Böyrək daşı xəstəliyi
C) Hidronefroz
D) Sidik kisəsindən sidiyin ifrazını pozan xəstəliklər qrupu
E) Böyrəyin sallanması
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. 2004 c- 483
557) Oğlan uşağında anadan olandan pülük dərisinin aşağı hissədə olmaması qeyd edilir. Sidik ifrazı nazik şırnaq şəkilli və gücənmə ilə olur, uretranın xarici dəliyi tac şırımı nahiyəsində və nöqtə şəklindədir. Düzgün diaqnozu seçin:
A) Hipospadiya baş forma
B) Anadangəlmə fimoz
C) Parafimoz
D) Hipospadiya cisim forma
E) Hipospadiya xayalıq forma
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 582
Dostları ilə paylaş: |