564) Fetalcərrahi müdaxilə nə zaman mümkün deyil?
A) Anadangəlmə bağırsaq keçməməzliyində
B) Sidik axarının ləyənönü hissəsində stenozda
C) Anadangəlmə hidrosefaliyada
D) Arxa uretranın klapanında
E) Boynun geniş limfongioması
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
565) Yenidoğulmuşlarda cərrahi riski aşağıda sadalanan üsullardan hansı ilə bəzən ölçürlər?
A) Apqar şkalası ilə
B) Metobolizm kofisientinə görə
C) Bədən çəkisi ilə
D) Beyin qan dövranı pozğunluğunun dərəcəsi ilə
E) Respirator distress-sindromunun təzahürü ilə
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
566) Aşağıda sadalanan əməliyyatlardan hansının həyatın ilk 1 saatı və ilk günündə aparılması məqsədə uyğun deyil?
A) Nazik bağırsağın atreziyasında onun plastikası
B) Damağın plastikası
C) Qida borusunun atreziyasında, onun plastikası
D) Qastroşizistdə qarnın ön divarının plastikası
E) Yalançı diafraqmal dəbəlikdə onun plastikası
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
567) Aşağıda sadalanan əməliyyatlardan hansı cərrahi əməliyyat həyatın ilk həftəsində məqsədəuyğun deyil?
A) Hissəvi bağırsaq keçməməzliyi
B) Göbək-xənçərəbənzər çıxıntı arasında olan teratomalar
C) Sidik ləngiməsi
D) Üst dodağın plastikası
E) Qaşüstü nahiyyənin dermoid kisti
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |