602) Yeni doğulmuş uşaqlarda bağırsaq burulmasının nəzərəçarpan simptomuna hansı aiddir?
A) Təkrari bağırsaq möhtəviyyatlı qusma
B) Bağırsaqdan qanın xaric olması
C) Üzdə iztirab, əziyyət
D) Narahatçılıq
E) Palpasiyada şişəbənzər, ağrılı törəmənin əllənməsi
Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
603) 7 günlük uşaqda birdən-birə vəziyyət pisləşib belə ki, ümumi narahatçılıq, təkrarlanan ödlü qusma, nəcis ifrazı zamanı əvvəl qan sonra isə ifrazatın olmaması, qarnı əllədikdə ağrılı olması, iztirablı üz müşahidə edilib. Sadalananlardan hansı daha düzgün diaqnoza uyğundur?
A) Bağırsağın invaginasiyası
B) Xoralı-nekrotik enterokolit
C) Bağırsaq burulması
D) Düz bağırsağın polipi
E) Melena ilə müşayət olunan hemorragik sindrom
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
604) Doğum evindən evə yazılmış 5 günlük uşaqda, axşam ödlü qusma olmuşdur. İştahsızdır,uşaq narahatdır, ayaqlarını hərəkət etdirir, yeməkdən imtina edir, əzablı gözləri var, dərisi mərmər şəklindədir. Qarına baxdıqda epiqastral nahiyyə bir qədər köpdür, epiqastral nahiyə palpasiyada ağrılıdır. Daha çox ehtimal edilən diaqnoz aşağıdakılardan hansı ola bilər?
A) Aşağı şöbənin bağırsaq keçməməzliyi
B) Bağırsağın invaginasiyası
C) Pilorostenoz
D) Ledda sindromu
E) Yuxarı şöbənin hissəvi bağırsaq keçməməzliyi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
605) Doğum evindən evə yazılmış 5 günlük uşaqda axşam ödlü qusma olmuşdur. İştahsızdır,uşaq narahatdır, ayaqlarını hərəkət etdirir, yeməkdən imtina edir, əzablı gözləri var, mərməri dərisi var. Qarına baxdıqda epiqastral nahiyyə bir qədər köplüdür, epiqastral nahiyyə palpasiyada ağrılıdır. Diaqnozu dəqiqləşdirmək üçün nə lazımdır?
A) Qarın boşluğunun USM-i
B) Qazburaxıcı boru yeritmək və nəcisdə qanın olub olmamasın təyin etmək üçün
C) Kontrast irriqoqrafiya
D) Qarın boşluğu orqanlarının təsviri rentgenskopiyası
E) Qarının palpasiyası
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |