616) Periodik olaraq göbək nahiyəsindən sidiyin gəlməsi nəyə dəlalət edir?
A) Sidik kisəsinin divertikulu
B) Uraxusun tam fistulu
C) Epispadiya
D) Sidik kisəsinin ekstrofiyası
E) Arxa uretranın klapanı
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
617) Göbək həlqəsi 4,5 sm ölçüdə embrional dəbələyi olan 2 saat bundan qabaq döğulmuş uşağa nə göstərişdir?
A) Qarın boşluğunun təsviri rentgenoqrafiyası
B) 2-4 saatlıq hazırlıqdan sonra I etapda Qross əməliyyatı
C) Kali permanqanatla qişanın işlənməsi
D) Həyatın 2-ci sutkasında radikal əməliyyat
E) Təcili əməliyyat
Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
618) Göbək həlqəsi orta ölçüdə olan embrional dəbələyi olan vaxtından çox qabaq doğulmuş uşağın III dərəcəli beyin qan dövranı pozğunluğu və anadangəlmə ürək qusuru ilə klinikaya daxil olub. Uşağa hansı tədbir göstərişdir?
A) Antiseptiklərlə sarğı
B) Kali permanqanatla qişanın işlənməsi
C) Plastik kisənin tikilməsi
D) Təxirəsalınmaz radikal əməliyyat
E) Təcili əməliyyat (I etapda Qross əməliyyatı)
Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
Dostları ilə paylaş: |