689) Qarnından küt travma almış uşaqda peritondaxili qanaxma və dalağın partlaması diaqnozu qoyulub. Hemodinamika stabildir. Cərrahın məqsədəuyğun taktikası hansı olmalıdır?
A) Laparotomiya, periton boşluğunun reviziyas
B) Dinamiki müşahidə və konservativ müalicə
C) Laparoskopiya, periton boşluğunun müayinəsi
D) Laparosientez
E) Laparoskopiya, uzun müddətli drenajın qoyulması
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
690) Qarnından küt travma almış uşaqda peritondaxili qanaxma və dalağın partlamasına şübhə var diaqnozu qoyulub. Hemodinamika stabil deyil, xəstənin vəziyyəti getdikcə ağırlaşır. Cərrahın məqsədəuyğun taktikası hansdır?
A) Laparoskopiya, periton boşluğunun müayinəsi
B) Dinamiki müşahidə və konservativ müalicə
C) Laparotomiya, periton boşluğunun reviziyası
D) Laparoskopiya, uzun müddətli drenajın qoyulması
E) Laparosintez
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
691) 10 yaşında olan uşaqda qaraciyərin zədələnməsinə şübhə var. Qarında daimi olmayan ağrılar var. Qarında perkusiya ağrılıdır, çox olmayan sərbəst maye var. Orta ağır vəziyyətdədir. Hemodinamika stabildir. Uşağa nə məsləhət görülməlidir?
A) Müşahidə və konservativ müalicə
B) Laparoskopiya
C) Laparosintez
D) Müşahidə
E) Laparotomiya
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
692) 7 yaşında olan uşaq hündürlükdən yıxılıb. Qarın əzələsində daimi olmayan ağrılar var. Qarın perkusiya da ağrılıdır. Orta ağır vəziyyətdədir. Uşağın müayinəsini hansından başlamaq məqsədəuyğun olardı?
A) Laparosintezdən
B) Laparoskopiyadan
C) USM-dən
D) Qarın boşluğunu təsviri rentgenoqrafiyasından
E) Venadaxili uroqrafiyadan
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
693) Qarnından küt travma almış uşaqda peritondaxili qanaxma və dalağın partlaması diaqnozu qoyulub. Hemodinamika stabil deyil, xəstənin vəziyyəti orta ağırlıqdadır. Uşağa hansı vacibdir?
A) Laparoskopiya
B) Laparotomiya, periton boşluğunun reviziyası
C) Laparosintez
D) Uzun müddətli drenajın qoyulması
E) Dinamiki müşahidə və konservativ müalicə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
694) Uşaq qarnından küt travma alıb. Daxili qanaxması var. Dalağın partlamasına şübhə var. Xəstənin müşahidəsi zamanı vəziyyətində pisləşmə var. Stabil olmayan hemodinamika. Uşağa nə məsləhət görülür?
A) Uzun müddətli drenajın qoyulması
B) Laparoskopiya
C) Dinamiki müşahidə və konservativ müalicə
D) Laparotomiya
E) Laparosintez
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |