725) Qaraciyər exinokokkozunda nə göstərişdir?
A) Cərrahi müdaxilə
B) Dinamik müşahidə
C) Kimyəvi terapiya
D) Hormonal terapiya
E) Rentgenoterapiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
726) Aşağıdakı xəstəliklərdən hansına mütləq cərrahi müdaxilə göstərişdir?
A) Ağxətt dəbəliyi
B) Göbək dəbəliyi
C) Sindaktiliya
D) Kəskin appendisit
E) Polidaktiliya
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 29
727) Soxulcanabənzər çıxıntının qarın boşluğundakı normal lokalizasiyası hansıdır?
A) Sol qalça çuxuru nahiyəsi
B) Qaraciyəraltı nahiyədə
C) Sağ qalça çuxuru nahiyəsi medial vəziyyət
D) Sağ qalça çuxuru nahiyəsi lateral vəziyyət
E) Retrosekal vəziyyət
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 475
728) Qarın boşluğu orqanlarının parietal periton qişası ilə birlikdə qarın boşluğundan, qarın divarında olan təbii və ya süni dəliklər vasitəsi ilə dəri altına çıxması necə adlanır?
A) Prolaps
B) Qarın xarici dəbəlik
C) Eventrasiya
D) Qarın daxili dəbəlik
E) İnvaginasiya
Ədəbiyyat : М. И. Кузина. Хирургические болезни. 1986 səh 332 333
729) Qarın boşluğu orqanlarının qarın divarında olan süni dəlikdən parietal periton qişasız dəri altına və ya dəri səthinə çıxmasına nə deyilir?
A) Qarın daxili dəbəlik
B) Qarın xarici dəbəlik
C) Prolaps
D) Eventrasiya
E) Eveginasiya
Ədəbiyyat : М. И. Кузина. Хирургические болезни. 1986 səh 332
730) Peritonla örtülməyən daxili orqanların təbii dəliklər vasitəsi ilə xaricə çıxmasına nə deyilir?
A) Eventrasiya
B) İnvaginasiya
C) Qarın xarici dəbəlik
D) Eveginasiya
E) Prolaps
Ədəbiyyat : М. И. Кузина. Хирургические болезни. 1986 səh 332
Dostları ilə paylaş: |