736) Qarınxarici dəbəliklərin boğulmasının hansı növləri var?
A) Elastiki boğulma
B) Divaryanı boğulma
C) Retroqrad boğulma
D) Nəcis boğulması
E) Göstərilənlərin hamısı
Ədəbiyyat: М. И. Кузина. Хирургические болезни. 1986 səh 354 355
737) Uşaqlarda dəbəliklərin boğulmasının hansı növünə daha çox rast gəlinir?
A) Qarışıq tip boğulma
B) Nəcis boğulması
C) Divaryanı boğulma
D) Elastiki boğulma
E) Retroqrad boğulma
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 388
738) Göbəyin tam fistulu olan uşaqlarda qarındaxili təzyiq artdığı zaman bağırsağın selikli qişası çevrilərək göbəkdən xaricə çıxır. Buna nə deyilir?
A) İnvaginasiya
B) Eveginasiya
C) Prolaps
D) Qarın daxili dəbəlik
E) Eventrasiya
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 370
Dostları ilə paylaş: |