6) Qarın boşluğunun lateral hissəsində boylama laparatomiya zamanı cərrah iri seqmentar qan damarları və sinirlərlə harada rastlaşır?
A) Xarici və daxili çəp əzələlər arasında
B) Qarnın xarici çəp əzələsinin vətəri altında
C) Qarnın köndələn əzələsi və köndələn fassiyası arasında
D) Daxili çəp və köndələn əzələlər arasında
E) Dərialtı piy toxumasında
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
7) Qarın divarının hipoqastral nahiyyəsinin innervasiyası üçün şaxələr haradan çıxır?
A) Günəş kələfindən
B) Yuxarı müsariqə kələfindən
C) Bel kələfindən
D) Oma kələfindən
E) Aşağı müsariqə kələfindən
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |