3. USM və qapı venaları damar sisteminin doppleroqrafiyası
4. Kolonoskopiya
5. KT(Kompyuter tomoqrafiyası)
A) 4, 5
B) 2, 4, 5
C) 3, 4
D) 1, 4, 5
E) 1, 2, 3
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 531
93) Düz bağırsağın polipinin diaqnostikasında hansı müayinə aparılmır?
A) Rektoromonoskopiya
B) Fibiokilonoskopiya
C) USM
D) Baxış
E) Düz bağırsağın barmaqla müayinəsi
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 469
94) 3 aylıq qız uşağında qasıq dəbəliyi boğulmuşdur. Boğulmadan 14 saat keçmişdir. Uşaqda 2 - ci dərəcəli hipotrofiya vardır. Sizin taktikanız:
A) Xəstənin yaşını və 2 - ci dərəcəli hipotrofiyası olmasını nəzərə alaraq cərrahi müdaxilə əks - göstərişdir
B) İsti vanna etmək
C) Qasıq nahiyəsinə soyuq qoymaq
D) Təcili cərrahi müdaxilə göstərişdir
E) 2 - ci dərəcəli hipotrofiya olduğu üçün ağrı kəsicilər vurduqdan sonra əllə boğulmanı aradan qaldırmağa çalışmaq
Ədəbiyyat : Исаков Ю. Ф. Хирургические болезни детского возраста 2004 səh 511
95) Yemək borusunun hansı xəstəliyinin diaqnozunda Elefant sınağından istifadə olunur?
A) Yemək borusunun axalaziyasında
B) Yemək borusunun anadangəlmə stenozu zamanı
C) Kardiyanın xalaziyasında
D) Yemək borusunun anadangəlmə qısa olması zamanı
E) Yemək borusunun atreziyasında
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 314
96) Doğumdan 2 – 3 həftə sonra fontanla qusma, oliquriya, qəbizlik, bədən çəkisinin azalması. Ac qarına mədədə mayenin olması. Barium horrasının mədədə 24 – 72 saat qalması. Bu kliniki və rentgenoloji əlamətlər hansı xəstəlik üçün xarakterikdir?
A) Pilorostenoz
B) Pilorospazm
C) 12 - barmaq bağırsağın atreziyası
D) Diafraqmanın yemək borusu dəliyinin dəbəliyi
E) Yemək borusunun axalaziyası
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 391
97) Dərin venaların inkişaf qüsurunda diaqnozu dəqiqləşdirmək və qanın hərəkətinə mane olan yeri müəyyən etmək üçün hansı müayinə aparılır?
A) Venoz təzyiqin ölçülməsi
B) Ətrafların obzor rentgenoqrafiyası
C) Venoqrafiya
D) Arteroqrafiya
E) USM
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 341
Dostları ilə paylaş: |