1080) Aşağıdakılardan hansı üz nahiyyəsinin inkişaf qüsuruna aid deyil?
A) Koloboma
B) Boyunun yan sisti
C) Damağın bitişməməsi
D) Per Robin sindromu
E) Yuxarı dodağın bitişməməsi
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 207-212
1081) Xeyloplastika nədir?
A) Dodağın hemangioması
B) Yuxarı dodağın anadangəlmə bitişməməsinin cərrrahi korreksiayası
C) Dodağın kəsilməsi
D) Damağın plastikası
E) Dodağın xoşxassəli şişi
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 210
1082) Üst dodağın anadangəlmə bitişməməsinin cərrahi korreksiyası üçün optimal müddət hansıdır?
A) 6 aydan sonra
B) 3 yaşdan sonra
C) 1 yaşdan sonra
D) 10 yaşdan sonra
E) Anadan olandan sonrakı ilk 3 gün
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 210
1083) Damağın anadangəlmə yarığının radikal əməliyyatı üçün optimal yaş hansıdır?
A) 6 ay -1,5 yaş arası
B) 3 yaşdan sonra
C) Anadan olandan sonrakı ilk 3 gün
D) 10 yaşdan sonra
E) 5 yaşdan sonra
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 212
Dostları ilə paylaş: |