105) Exinokokkun diaqnostikası üçün aparılan immunoloji müayinə üsulu hansıdır?
A) Qanda leykositlərin təyini
B) Mantu sınağı
C) Kassoni sınağı
D) EÇS - təyini
E) Qanda eozinofillərin təyini
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 523
106) Qida borusunun çapıq daralmasının diaqnozunu dəqiqləşdirmək üçün hansı müayinələr əsasdır?
1. Döş qəfəsinin obzor rentgenoqrafiyası
2. Qida borusunun kontrast rentgenoqrafiyası
3. Ezofaqoskopiya
4. KT
5. USM
A) 2, 3
B) 1, 4
C) 1, 5
D) 5, 4
E) 1, 4, 5
Ədəbiyyat : Ç. Quliyev:”Uşaq cərrahlığı”2008 səh 329
Uşaqlarda planlı və plastik carrahiyyə
107) Boynun dərin fleqmonasını (adenofleqmonalar) drenaj edərkən dəri kəsiyinin proyeksiya xətti hansına uyğundur?
A) Döş – körpücük – məməciyəbənzər əzələnin arxa kənarı boyu
B) Boynun orta xətti boyu
C) Boynun damar – sinir kələfinə doğru
D) Dəri büküşünə doğru
E) Körpücükaltı arteriyaya doğru
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
108) Boynun orta sistləri və fistulasının əmələ gəlməsi aşağıdakılardan hansı ilə əlaqədardır?
A) Qalxanabənzər - dil axacağının geriyə inkişafının pozulması
B) Qalxanabənzər - udlaq axacağının geriyə inkişafının pozulması
C) Qəlsəmə qövsləri qalıqlarının bitişməməsi
D) Ağız boşluğu dibinin epitelinin ektopiyası
E) Xromosom aberrasiyaları
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |