1127) Keller II xəstəliyi hansıdir?
A) Pəncənin ikinci ücüncü daraq sümüyünün osteoxondropatiyası
B) Daban sümüyünün bitişmıyən sınığı
C) Bud sümüyü başının aseptik nekrozu
D) Qamış sümüyü qabarinin osteoxondropatiyası
E) Pəncənin qayığa bənzər sümüyünün osteoxondropatiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни.2004 səh 264
1128) Qida borusunun axalaziyası zamanı hansı əməliyyat aparılır?
A) Qastrostoma əməliyyatı
B) Kanşin üsulu ilə fundoplikasiya
C) Ezofaqostoma əməliyyatı
D) Heller üsulu ilə kardiomiotomiya,ezofaqokardiofundoplikasiya
E) Nissen üsulu ilə fundoplikasiya
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 321
1129) Aşağıdakı xəstəliklərdən hansında Nissen üsulu ilə fundoplikasiya aparılmır?
A) Diafraqmanın qida borusu dəliyinin sürüşkən yırtığı
B) Qida borusunun axalaziyası
C) Anadangəlmə qısa qida borusu
D) Kardianın xalaziyası
E) Anadangəlmə kardiostenoz
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 321
1130) Hansı əməliyyat aparılarkən adətən əlavə olaraq Mikuliç üsulu ilə piloroplastika da aparılır?
A) Ezofaqostoma əməliyyatı
B) Nissen və Kanşin üsulu ilə fundoplikasiya
C) Ezofaqo-Ezofaqoanastomoz
D) Heller üsulu ilə kardiomiotomiya
E) Qastrostoma əməliyyatı
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 322
Dostları ilə paylaş: |