279) Osteomielitik prosesin tam yekunlaşması hansı müddətə baş verə bilər?
A) 6 ay
B) 3 il
C) 1,5-2 il
D) 6-8 ay
E) 1 il
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
280) Yenidoğulmuşlarda nekrotik fleqmonanın törədicisi hansıdır?
A) Streptokok
B) Anaerob mikroorqanizmlər
C) Vulqar protey çöpləri
D) Stafilokok
E) Klebsiella
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 60
281) Yenidoğulmuş körpədə perkussiya zamanı döş qəfəsinin sağ yarısı üzərində kütlük, sağda tənəffüsün olmaması, divararalığı orqanlarının tam surətdə sağa keçməsi, bronxoskopiyada sağ baş bronxun olmaması qeyd edilir. Ehtimal edilən diaqnoz hansıdır?
A) Atelektaz
B) Ağciyərin ageneziyası
C) Bullalar
D) Ağciyərin aplaziyası
E) Ağciyərin hipoplaziyası
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
282) Bir aylıq körpədə perkussiya zamanı döş qəfəsinin sağ yarısı üzərində kütlük, sağda tənəffüsün olmaması, divararalığı orqanlarının tam surətdə sağa keçməsi, bronxoskopiyada sağ baş bronxun kor surətdə qurtarması qeyd edilir. Ehtimal edilən diaqnoz hansıdır?
A) Ağ ciyərin hipoplaziyası
B) Atelektaz
C) Ağ ciyərin aplaziyası
D) Kistoz hipoplaziya
E) Ağ ciyərin ageneziyası
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
283) Körpədə perkussiya zamanı döş qəfəsinin sağ yarısı üzərində kütlük, sağda tənəffüsün olmaması, divararalığı orqanlarının tam surətdə sağa keçməsi, bronxoskopiyada pay bronxlarının daralması, R-mda sağda total kölgəlik qeyd edilir. Ehtimal edilən diaqnoz hansıdır?
A) Ağciyərin ageneziyası
B) Ağciyərin hipoplaziyası
C) Bronxoektaziya
D) Atelektaz
E) Ağciyərin aplaziyası
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
284) Təsviri Rentgenoqamda ağciyər toxumasının görünüşü şəkilli olub, bronxoqrammda sağ ağ ciyərin bütün sahəsi boyunca çoxsaylı girdə törəmələr, bronxoskopiyada çoxlu irinli ifrazat qeyd edilir. Ehtimal edilən diaqnoz hansıdır?
A) Kistoz hipoplaziya
B) Ağciyərin ageneziyası
C) Bronxoektaziya
D) Ağciyərin hipoplaziyası
E) Ağciyərin aplaziyası
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
285) Ağır vəziyyətdə olan yenidoğulmuşda solda tənəffüs zəifdir, təngnəfəslik, perkutor sağda qutu səsi, Rentgenoqramda sağda ağciyərin şəffaflığının artması, ağciyər şəklinin isə kəskin azalması müəyyən edilir. Sağda aşağı şöbədə üçbucaqşəkilli kölgəlik divararalığının kölgəsinə bitişir. Divararalığı sola doğru yerini dəyişib, sol ağ ciyərin şəffaflığı azalıb. Diaqnoz hansıdır?
A) Gərgin pnevmotoraks
B) Lobar emfizema
C) Ağciyərin ageneziyası
D) Ağciyərin kistası
E) Ağciyərin hipoplaziyası
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
286) Rentgenoqramda bazal seqmentlər nahiyyəsində girdə formalı kölgəlik, aortaqrafiyada aortadan patoloji kölgəliyə doğru gedən damar aşkar edilir. Ehtimal edilən diaqnoz hansıdır?
A) Ağciyərin sekvestrasiyası
B) Ağciyərin şişi
C) Divararalığının şişi
D) Ağciyər kistası
E) Atelektaz
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
287) Rentgenoqramda divararalığının kölgəsinə yaxın, qabarıq xarici kənara malik, üçbucaq formalı kölgəlik qeyd edilir. Bronxoqrammda patoloji törəmə nahiyyəsində kölgəliyin aşağı kənarına qədər çatan yalnız iri bronxlar müəyyən edlir. Ehtimal edilən diaqnoz hansıdır?
A) Bronxoektaziya
B) Ağciyərin sekvestrasiyası
C) Divararalığının şişi
D) Ağciyərin ageneziyası
E) Aşağı payın hipoplaziyası
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |