21) Diz oynağı hansı sümüklərin birləşməsindən əmələ gəlmişdir?
A) Qamış, incik ,diz qapağı
B) Bud,qamış
C) Bud, qamış, diz qapağı
D) Bud, qamış, incik
E) Bud, qamış, incik, diz qapagı
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 586
22) Oğlanlarda qasıq kanalında nə yerləşir?
A) Bud venası
B) Sidik axarı
C) Bud arteriyası
D) Girdə bağ
E) Toxum ciyəsi
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 385
23) Qızlarda qasıq kanalında nə yerləşir?
A) Uşaqlığın girdə bağı
B) Sadalananlarin hamısı
C) Bud venası
D) Toxum ciyəsi
E) Bud arteriyası
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 385
24) Yenidoğulmuşlarda çox miqdarda piy toxumasından ibarət olan gicgah nahiyyəsinin üçüncülü süngəri boşluğu üçün aşağıdakılardan hansı xarakterikdir?
A) Gicgah əzələsinin və gicgah aponevrozunun arasında yerləşməsi
B) Digər hüceyrə boşluqları ilə əlaqəsinin olmaması
C) Gicgah əzələsinin altında yerləşməsi
D) Boyun nahiyyəsinin piy toxuması ilə birləşməsi, gicgah əzələsinin və gicgah aponevrozunun arasında yerləşməsi
E) Boyun nahiyyəsinin piy toxuması ilə birləşməsi
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
25) Orta qişa arteriyasını bağlamaq məqsədilə kəllənin sümük-plastik trepanasiyası zamanı dəri kəsiyinin sərhədi öndən yuxarı və arxaya doğru istiqamətlənərək necə proyeksiyalanır?
A) Alın sümüyünün almacıq çıxıntısına – təpə qabarı – xarici ənsə qabarı
B) Alın sümüyünün almacıq çıxıntısına – gicgah sümüyünün pulcuğu – məməcik çıxıntısının əsasına qabarı
C) Alın sümüyünün almacıq çıxıntısına – gicgah sümüyünün pulcuğu – xarici ənsə
D) Alın sümüyünün almacıq çıxıntısına – gicgah sümüyünün pulcuğu – xarici ənsə
E) Alın qabarı – təpə qabarı – məməcik çıxıntısının əsasına
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
26) Boynun yan kistasının çıxarılması əməliyyatı zamanı kistanın orta 1/3 hissəsinə hansı yapışır?
A) Döş axarı
B) Boynun damar – sinir kələfi
C) Döş axarı, simpatik sütunun boyun hissəsi
D) Qırtlaq və traxeya
E) Simpatik sütunun boyun hissəsi
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
27) Mastoiditlər zamanı döş–körpücük–məməyəbənzər əzələyə doğru yayılan iltihabi prosesin topoqrafiyası hansına uyğundur?
A) V boyun fassiyası
B) IV boyun fassiyası
C) II boyun fassiyası
D) I boyun fassiyası
E) III boyun fassiyası
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |