394) Kriptorxizm cərrahi müalicəsinə ən əlverişli yaş hansıdır?
A) 6-9
B) 10 yaşdan sonra
C) Yenidoğulmuş
D) 2-5
E) 6ay-1 yaş
Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
395) Hormonal terapiya kriptorxizm zamanı nə vaxt göstərişdir?
A) 2 yaş
B) 12 yaş
C) Doğulandan
D) 6 aylıqdan
E) 5 yaş
Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
396) 6 aylıq uşağa qasıq retensiyası ilə olan kriptorxizmda taktika necə olmalıdır?
A) HQ müalicə
B) Cərrahi müalicə
C) Dispanser müşahidə
D) Qeydiyyatdan çıxmaq
E) Qasıq nahiyyəsinin müntəzəm massajı
Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
397) Beş yaşlı uşaqda kriptorxizm müalicəsində xorionik qonadotropinin dozası neçə TV olmalıdır?
A) 2000
B) 250
C) 500
D) 1500
E) 1000
Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
398) On iki yaşlı uşaq sol tərəfli travmatik orxit diaqnozu ilə qəbul edilib. Bir gün əvvəl fiziki idman zamanı xayalıqda kəskin ağrı hiss edib, 2 saat sonra xayası kəskin ağrılı və şişkin olmuşdur, xayalıq kökünə çəkilib. Punksiya zamanı az miqdarda şəffaf maye alınıb. Differensial diaqnoz hansı ilə olmalıdır?
A) Xayanın burulması
B) Xayalığın liponekrozu ilə
C) Xayanın əziyi
D) Xaya artımların burulması
E) Xayanın partlaması
Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
399) Üç yaşlı uşağa sağ tərəfli orxit diaqnozu qoyulub. Xəstəlik qəflətən ağrılardan başlayıb. Baxış zamanı: hiperemiya və şişkinlik, palpasiyada xaya dəyişiksiz, hərarət qalxmayıb. Anamnezində eksudativ diatez qeyd olunur. Diaqnoz hansıdır?
A) Sağ tərəfli boğulmuş qasıq yırtığı
B) Xayalığın allergik ödemi
C) Xayalığın qızıl yeli
D) Xayanın burulması
E) Sağ xayanın artımlarının burulması
Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
400) Altı yaşlı uşaqda qarın boşluğunun təftişi zamanı retroperitoneal piy toxumasında, böyrəyin altında xaya aşkar edilib, artımlarsız. 1,2*0,7*0,4sm ölçüsündə. Xayalığa salmaq mümkün deyil, nə etməli?
A) Qonadektomiya
B) Qarın boşluğuna çıxartmaq
C) Biopsiya aparmaq
D) Yerində saxlamaq
E) Aponevrozun üzərinə çıxartmaq
Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
Dostları ilə paylaş: |