401) Ektopiya formalı kriptorxizmdə xorionik qonadotropin təyini necə olmalıdır?
A) Əks göstərişdir
B) Əməliyyatdan dərhal sonra
C) Əməliyyatdan 2 ay sonra
D) Əməliyyatdan əvvəl və sonra
E) Əməliyyatdan əvvəl
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
402) İki yaşlı uşaqda qasıq formalı kriptorxizm aşkar edilib. Nə vaxt əməliyyat etməli?
A) 14 yaşda
B) Təcili
C) 12 yaşda
D) 6 yaşa qədər
E) 10 yaşda
Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
403) Qarışıq quruluşlu xarici cinsiyyət üzvləri olan dörd yaşlı xəstə qəbula gətirilmişdir. Oğlan uşağı kimi tərbiyə edilir, xayaları əllənmir. Hipospadiyanın aralıq forması müşahidə edilir. Cinsi xromatin mənfidir, kariotip 46XY. USM- sidik kisəsinin arxasında uşaqlığı xatırladan törəmə görünür. Uretroqrafiya- kontrastla dolu sidik kisəsinin arxasında törəmə izlənir, kontrast ilə doludur, arxa prostatik uretradan sıxır, uzunsov forması 5,0*2,0sm ölçüdə. Laparotomiya zamanı kiçik çanaqda iki qonada 1,0*0,5sm ölçüdə və rudementar uşaqlıq boruları aşkar edilib. Nə etmək lazımdır?
A) Uşaqlığı xaric etmək və qonadları qarın boşluğundan xayalığa salmaq
B) Uşaqlığı çıxartmaq, qonadları qarın boşluğunda saxlamaq
C) Necə var qalsın
D) Uşaqlığı və qonadları xaric etmək
E) Qonadları çıxartmaq
Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
Dostları ilə paylaş: |